ADAU-da “Layihələrin yazılması və idarə edilməsi” mövzusunda təlimlərə start verilir

Təlimlərin keçirilməsində məqsəd Universitet tələbələrinin layihələrin yazılması və idarə edilməsi ilə bağlı biliklərinin artırılması, onların hər tərəfli inkişafının təmin edilməsi, təşəbbüslərinin dəstəklənməsi, ideya və təkliflərinin layihə formasına salınaraq müvafiq təşkilatlara göndərilməsi işinə dəstək göstərməkdən ibarətdir.

Təlimlər Universitet rəhbərliyinin təşəbbüsü ilə cari ilin aprel, may aylarında həyata keçiriləcəkdir.

Təlimlərdə iştirak etmək istəyən şəxslər qeydiyyat linkinə daxil olaraq, müvafiq xanalara şəxsi məlumatlarını əlavə edərək qeydiyyatını tamamlaya və müraciət edə bilər.

Layihələrin yazılması və idarə edilməsi təlimi üçün qeydiyyat linki: http://shorturl.at/gvF23

Qeydiyyat üçün son tarix: 10.04.2023