ADAU-da "Elmi tədqiqat bacarıqları və məlumatların təhlili" üzrə təlimlər keçiriləcək

13-14 dekabr 2024-cü il tarixlərində, Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetinin (MATE) professoru, aqrar iqtisadiyyat və əməliyyat tədqiqatları üzrə tanınmış mütəxəssis professor Zoltán Károly Lakner Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) elmi-təcrübi təlimlər keçirəcək. Təlimlər 2 gün boyunca saat 11:00-15:30-da, Torpaqşünaslıq və Aqrokimya fakültəsinin AGROCENTER otağında baş tutacaq.

Professor Lakner, iqtisadi modelləşdirmə, sistem dinamikası, süni intellektin qərar qəbuluna tətbiqi və aqrar sektorun iqtisadi araşdırmaları sahəsində dərin təcrübəyə malikdir.

Təlim çərçivəsində tələbələr və tədqiqatçılar üçün innovativ yanaşmalar təqdim olunacaq, o cümlədən R proqramlaşdırma və tədqiqat metodologiyaları üzrə praktiki biliklər öyrədiləcək. Təlimi uğurla yekunlaşdıran iştirakçılara sertifikatların verilməsi nəzərdə tutulur.

Bu tədbir ADAU-nun beynəlxalq elmi əlaqələrinin genişlənməsi və tədris səviyyəsinin yüksəldilməsi proqramı çərçivəsində icra edilir.


ADAU-da "Elmi tədqiqat bacarıqları və məlumatların təhlili" üzrə təlimlər keçiriləcək