ADAU-da 02-08 may tarixlərində “Elm və İnnovasiya Həftəsi” təşkil olunacaq!

Azərbaycan Dövlət Aqrar Universitetində elmə, tədqiqata və innovasiyalara həsr olunmuş “Elm və İnnovasiya Həftəsi” çərçivəsində bir sıra əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Həftə çərçivəsində 2-4 may tarixlərində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Azərbaycan Dövlət Aqrar Universiteti İnnovasiyalar Mərkəzi və IGDA Azerbaijanın təşkilatçılığı ilə Gəncədə "GanJam Vol.1" adlı ilk oyun hakatonu keçiriləcək!

05 may 2025-ci il tarixində saat 14:00-da “Kitabxana 5.0: Universitet kitabxanalarının yeni missiyası” adlı forum təşkil olunacaq. Forumun təşkil olunmasında məqsəd müasir dövrdə universitet kitabxanalarının dəyişkən funksiyalarını, inkişaf dinamikasını və gələcəyə dair perspektivlərini geniş müzakirə müstəvisinə çıxarmaqdır.

07 may 2025-ci il tarixində “Elmin İnkişafı Forumu 2025 adlı tədbir təşkil olunacaqdır. Forumun əsas məqsədi Azərbaycanın elmi potensialını, çağdaş tədqiqat istiqamətlərini və milli elmi siyasətin inkişaf yolunu müzakirə platformasında bir araya gətirməkdir. Eyni zamanda, ali təhsil müəssisələrinin elmi fəaliyyətlərdə artan rolunu, universitet-tədqiqat sinerjisini və gənc alimlərin elmi prosesə fəal cəlb olunmasını gündəmə gətirməkdir.

Nəhayət həftənin son tədbiri olaraq 08 may 2025-ci il tarixində Aqrar islahatların 30 illiyi ilə bağlı olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin tərəfdaşlığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Aqrar islahatlar 30: Nailiyyətlər və Perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçiriləcəkdir.

“Elm və İnnovasiya Həftəsi” – ADAU-nun elmə, tədqiqata və yeniliyə verdiyi strateji önəmin təcəssümüdür.


ADAU-da 02-08 may tarixlərində “Elm və İnnovasiya Həftəsi” təşkil olunacaq!ADAU-da 02-08 may tarixlərində “Elm və İnnovasiya Həftəsi” təşkil olunacaq!ADAU-da 02-08 may tarixlərində “Elm və İnnovasiya Həftəsi” təşkil olunacaq!ADAU-da 02-08 may tarixlərində “Elm və İnnovasiya Həftəsi” təşkil olunacaq!