ADAU-da 2024/2025-ci tədris ili üçün əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün tələbə qəbulunun vaxtı uzadılıb

Namizədlərin müraicətləri elektron formada mərkəzləşdirilmiş qaydada Təhsil Portalı (portal.edu.az) səhifəsi vasitəsilə qəbul olunur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qəbulu universitetdə yaradılan Qəbul komissiyası tərəfindən həyata keçirilir. Komissiya tərəfindən məqbul olaraq qiymətləndirilmiş əcnəbilər universitet təhsil haqqlarının ödənilməsi mərhələsinə keçirlər. Daha sonra tələbə adı qazanmış namizədlər universitetə gəldikdə fərdi qaydada hazırlanmış müqavilə imzalayaraq, universitetin müvafiq əmri ilə tələbələr sırasına qəbul edilirlər.

Əcnəbi tələbələrin qəbulu ilə əlaqədar sənədlər: (SƏNƏD QƏBULU YALNIZ ELEKTRON PORTAL VASİTƏSİLƏ HƏYATA KEÇİRİLİR)
Elektron sənəd qəbulu altsistemində “Elektron ərizə”ni doldurur və bu müraciətə aşağıdakı sənədlərin skan olunmuş surəti əlavə edilir:
1. əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış(və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);
2. sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;
3. 3x4 ölçüdə 6 ədəd fotoşəkil;
4. etibarlı sərhədkeçmə sənədi (Beynəlxalq pasport (fotoşəkil olan səhifə), pasportun etibarlılıq müddəti Universitetə müraciət olunan tarixdən sonra ən az 1 il 6 ay olmalıdır);
5. tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);
6. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda).
7. Müraicətlər Qəbul komissiyası tərəfindən yoxlanıldıqan sonra nəticəsi barədə namizədlərə məlumat verilir və qəbul olunan tələbələrə qəbul məktubu göndərilir. Müraciəti qəbul olunan tələbələr Azərbaycan Dövlət Aqrar Universitetində qeydiyyatı tamamlamaq və tədrisə başlamaq üçün sənədlərin əslini beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələrlə iş şöbəsinə təqdim etməlidirlər.

Son müraciət tarixi: 20 sentyabr 2024-cü il

Namizədlər seçdikləri təhsil səviyyəsinə uyğun universitetimizdə tədris olunan müvafiq ixtisaslar (AZE, İNG, RUS) üzrə təhsil ala bilərlər.

Qeyd:
1. Azərbaycan Respublikası Miqrasiya Xidməti tərəfindən verilmiş daimi yaşayış icazəsi (DYİ seriyası) olan xarici vətəndaşlar Azərbaycan Dövlət Aqrar Universitetinə yalnız Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin keçirdiyi test imtahanları əsasında qəbul ola bilərlər.
2. Xarici ölkə vətəndaşlığı ilə yanaşı Azərbaycan Respublikasının vətəndaşlığı olan şəxslərin əcnəbi vətəndaş qismində Azərbaycan Dövlət Aqrar Universitetinə sənəd təqdim etmələri qadağandır. Onlar universitetə yalnız Azərbaycan Respublikasının Dövlət İmtahan Komissiyasının keçirdiyi test imtahanları əsasında qəbul ola bilərlər.
3. Azərbaycan Respublikasının təhsil müəssisələrinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamalarını təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etməlidir.


Təhsil hüququ qazanan əcnəbi tələbənin Azərbaycan Respublikasında olduğu müddətdə miqrasiya qanunvericiliyinə əsasən müvəqqəti yaşaması üçün lazım olan normativ sənədlər haqqında aşağıda göstərilən linkdən daxil olaraq baxa bilərsiniz

https://www.migration.gov.az/az/page/73

https://www.migration.gov.az/ru/page/73

https://www.migration.gov.az/en/page/73

Əlavə məlumat üçün ird@adau.edu.az elektron poçtu ilə əlaqə saxlamağınız xahiş olunur.


ADAU-da 2024/2025-ci tədris ili üçün əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün tələbə qəbulunun vaxtı uzadılıb