31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbirlər barədə ƏMR

31 Mart - Azərbaycanlıların soyqırım gününün universitetdə qeyd olunması məqsədilə

ƏMR EDİRƏM:


Fakültə dekanlarına tapşırılsın:
1.1. 31 mart 2023-cü il tarixində ilk dərs saatları 31 Mart - Azərbaycanlıların soyqırımına həsr edilsin;
1.2. İctimai təşkilatlarla birlikdə professor-müəllim heyətinin Şəhidlər Xiyabanına ziyarəti təşkil edilsin;
1.3. İctimai təşkilatlarla birlikdə 31 mart - Azərbaycanlıların soyqırımına həsr olunmuş anım tədbirlərinin keçirilməsi təmin edilsin;

2. Əmr ADAU-nun www.adau.edu.az internet səhifəsində yerləşdirilsin.

3. Ümumi şöbə (V.Hüseynova) əmri çoxaldaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

Əsas: tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təhriri məruzəsi.

Rektor vəzifəsini icra edən
Zəfər Qurbanov