2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi haqqında ELAN

2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının
təşkili və keçirilməsi haqqında


Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 17.05.2023-ci il tarixli 3-29/3-2-285F/2023 nömrəli əmrini rəhbər tutaraq

ƏMR EDİRƏM:


1. 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası bakalavriat və magistratura səviyyələrində 2023-cü il iyunun 01-dən iyulun 05-dək müddətdə təsdiq olunmuş imtahan qrafikləri əsasında əyani formada keçirilsin.

2. İmtahanlarda üzrlü səbəblərdən iştirak etməyənlər üçün 2023-cü il iyulun 06-dan 8-dək həmin fənn üzrə təkrar ödənişsiz imtahan vermək məqsədilə bir dəfə şərait yaradılsın. Nəzərə alınsın ki, bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur.

3. Fənni yenidən dinləyən və əvvəlki illərdə akademik borcu olan tələbələr üçün həmin fənlər üzrə kreditin 25%-ni ödəməklə təkrar imtahan 2023-cü il iyunun 01-dən iyulun 05-dək müddətdə təşkil olunsun.

4. Yaz imtahan sessiyasında qeyri-kafi qiymət almış tələbələr üçün cari semestrdə tədris olunan fənlər üzrə kreditin 25%-ni ödəməklə təkrar imtahan 2023-cü il iyulun 10-dan 12-dək keçirilsin. Nəzərə alınsın ki, bu əmrin 4-cü və 5-ci bəndlərində qeyd olunan imkan tələbənin seçiminə əsasən yalnız 2 fənn üçün 1 dəfə şərait yaradılır.

5. Tələbələrin biliyinin qiymətləndirilməsi test üsulu ilə kompüterdə, yazılı və yazılışifahi formalarda təşkil edilsin. Zərurət yarandığı hallarda, rektorluğun qərarı əsasında bəzi fənlər üzrə imtahanlar şifahi-dialoq formada aparılsın.

6. Test üsulu formasında kompüterlərlə imtahanların keçirilməsinin təşkili İnformasiya texnologiyaları və elektron qeydiyyat şöbəsinin müdiri Ruslan Tahirova tapşırılsın.

7. Test imtahanlarının təşkili üçün aşağıdakı tərkibdə işçi qrupu təsdiq edilsin:

- Şahin Muradlı - İnformasiya texnologiyaları və elektron qeydiyyat şöbəsinin mütəxəssisi
- Elxan Kazımov - İnformasiya texnologiyaları və elektron qeydiyyat şöbəsinin mütəxəssisi
- Günay Qurbanova - İnformasiya texnologiyaları və elektron qeydiyyat şöbəsinin mütəxəssisi
- Təhminə Abbasova - Kənd təsərrüfatı texnikası və texniki servis kafedrasının operatoru
- İlahə Məmmədova - Kənd təsərrüfatı texnikası və texniki servis kafedrasının operatoru
- Kəmalə Sadıqova - Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının laborantı
- Nərgiz Namazova - Akademik məsləhətçi (tyutor)

8. İmtahan sessiyasının təşkili və digər zəruri tədbirləri həyata keçirmək məqsədilə aşağıdakı tərkibdə “Qərargah” təsdiq edilsin:

- Əhməd Məlikov - Tədris işləri üzrə prorektor, sədr
- Vüsal Orucov - Biologiya kafedrasının dosenti, sədr müavini
- Elcan Məmmədov - Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
- Mahir Məmmədzadə - Rektor köməkçisi
- Rövşən Bağırov - Elektrik mühəndisliyi kafedrasının dosenti
- Vüsal Məmmədov - Bitki mühafizəsi kafedrasının dosenti
- Ələkbər Ələkbərov - Qida məhsulları mühəndisliyi və ekspertizası kafedrasının dosenti (e.a.o.)
- Könül Dünyamaliyeva - Epizootologiya,mikrobiologiya və parazitologiya kafedrasının baş müəllimi
- Anar Quliyev - İnformasiya texnologiyaları kafedrasının baş müəllimi
- Ələmdar İsmayılov - Elektrik mühəndisliyi kafedrasının assistenti
- Elvin Hüseynov - Elektrik mühəndisliyi kafedrasının assistenti
- Əsəd Allazov - Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının assistenti
- Sinan Vəlizadə - Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrasının assistenti
- Ülviyyə Məmmədova - Akademik məsləhətçi (tyutor)
- Ayşə Əliyeva - Akademik məsləhətçi (tyutor)

9. İmtahan sessiyasında daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə “Apelyasiya komissiyası” təsdiq edilsin:

- Azad İbrahimov - Elmi işlər üzrə prorektor, sədr
- Qurban Qurbanov - Kənd təsərrüfatı texnikası və texniki servis kafedrasının baş müəllimi, sədr müavini
- Məhsəti Ələkbərova - Bağçılıq kafedrasının dosenti
- Ramil Məmmədov - Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasının baş müəllimi
- Mina Məmmədova - Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının baş müəllimi
- Toğrul İsmayılov - İnformasiya texnologiyalar kafedrasının assistenti
- Ayşən Rüstəmova - Akademik məsləhətçi (tyutor)
- Fəridə Qasımova - Akademik məsləhətçi (tyutor)

Qərargaha və komissiyaya tapşırılsın ki, imtahanlara hazırlıq ərəfəsində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə, yazı işlərini yoxlanmasında məsuliyyətsizlik nümayiş etdirmiş müəllim və nəzarətçilərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görülməsi üçün rektorluğa təkliflər versin. Imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə 2023-cü il iyulun 15-dək rektorluğa təqdim etsin.

10. Fakültə dekanlarına, magistr hazırlığı mərkəzinin direktoruna və kafedra müdirlərinə tapşırılsın:

- Tədris planında nəzərdə tutulmuş fənlər üzrə saatlar jurnalda fənn müəlliminin imzası ilə yekunlaşdırılsın və fakültə dekanı tərəfindən mövcud qaydada sənədləşdirsin;
- Tələbələrin fənlər üzrə semestr ballarının “Tələbə Nailiyyətlərinin İdarəetmə Sistemi” vasitəsi ilə avtomatik hesablanması məqsədi ilə semestr ərzində əldə olunmuş bütün qiymətləndirmə məlumatlarının (dərsə davamiyyət, sərbəst iş, laboratoriya işi, seminar balı, ara imtahanı, kurs işi (layihəsi) və xəstəlik tarixi nəticələri) sistemə tam daxil edilməsi təmin etsin;
- Fənn üzrə ayrılmış auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmasın;
- Ödənişli təhsil alan tələbələrin təhsil haqqını vaxtında ödəmələrinə ciddi nəzarət edilsin. İllik təhsil haqqını ödəməyən tələbələr imtahan sessiyasına buraxılmasın. Bu qəbildən olan bütün tələbələr imza edilməklə əvvəlcədən məlumatlandırılsın;
- İmtahan sessiyasında iştirak etməyən tələbələrin səbəblərini əks etdirən sənədlərlə (həkimdən arayiş, idman və bilik yarışlarında iştirakı təsdiq edən sənəd və s.) fakültə dekanlığına məlumat verməsi təmin edilsin;
- Tələbələrin imtahana şəxsiyyət vəsiqəsi (müvəqqəti yaşama haqqında icazə sənədi) və tələbə bileti ilə buraxılsın;
- Tələbələr sessiyanın başlamasından əvvəl “imtahan sessiyasında iştirak hüququnu qazanmış tələbələrin yaddaş kitabçası” ilə tanış edilsin. İmtahanlarda mobil telefondan, digər elektron vəsaitlərdən, habelə konspektdən, kitabdan və digər vasitələrdən istifadə qadağan edilsin.
-Qayda pozuntusuna yol vermiş şəxslər akt tərtib edilməklə imtahan qərargahının qərarı ilə imtahandan kənarlaşdırılsın.
- Kafedralarda imtahan məsləhət saatlarının qrafikinin hazırlanasın vətələbələr bu barədə məlumatlandırılsın.
- İmtahan sualları (testləri) semestr ərzində keçirilmiş mövzuları (alt mövzuları) uyğun olaraq tərtib edilsin.
- Test suallarını elektron imtahan bazasına (adau.imtahan@gmail.com) təhvil verilməsi təmin edilsin.
- Tələbələrin yazılı cavabları fakültədə ayrılmış xüsusi auditoriyada dərhal yoxlanılsın, nəticələr cədvəllərə köçürülsün və imtahan qəbul edilən gün təhvil verilsin.
-İmtahan nəticələrinin imtahan yekunlaşdıqdan sonra elektron sistemə yerləşdirilsin.
- Apelyasiya şikayəti verilməsi qaydası barədə tələbələr əvvəlcədən məlumatlandırılsın.
-Nəzərə alınsın ki, tələbə imtahan nəticəsindən narazı olduğu halda, imtahan keçirilən tarixdən 2 iş günü müddətində apelyasiya komissiyasına müraciət edə bilər.
- Nəzərə alınsın ki, qərargahın icazəsi olmadan imtahanın vaxtını dəyişmək qadağandır.
- Test imtahanlarının operativliyini təmin etmək üçün akademik məsləhətçilər (tyutorlar) test mərkəzi ilə razılaşdırılmış qrafik əsasında mərkəzə təhkim edilsin.
- İmtahanın nəticələri kafedra iclaslarında, fakültənin ümumi iclasında qərargah üzvlərinin iştirakı ilə müzakirə edilsin.
- Əmrlə professor-müəllim heyəti və tələbələr tanış edilsin.

11. Kənar şəxslərin (valideynlər və kütləvi informasiya vasitələri nümayəndələri istisna olmaqla) imtahan keçirilən auditoriyalara daxil olmasına yol verilməsin. Universitet mühafizə xidməti zəruri tədbirləri icra etsin.

12. Universitet və fakültə tələbə həmkarlar təşkilatları və tələbə gənclər təşkilatına tapşırılsın ki, sessiya müddətində imtahanların gedişində yaxından iştirak etsinlər və müntəzəm olaraq rektorluğa və fakültə dekanlıqlarına müvafiq məlumat versinlər.

13. Təqaüd komissiyalarının təqdimatları 2023-cü il iyulun 15-dək rektorluğa təqdim edilsin.

14. Kitabxananın direktor əvəzinə tapşırılsın ki, sessiya müddətində kitabxana və oxu salonunun saat 08:30-dan 19:00-dək xüsusi qrafik əsasında işləməsini təmin etsin.

15. Təsərrüfat şöbəsinə tapşırılsın ki, auditoriya və laboratoriyaların imtahan sessiyasına hazırlığını, tələbə yeməkxanalarının və tibb məntəqələrin sessiya müddətində fasiləsiz işini təmin etsin.

16. Tədris korpuslarının komendantlarına tapşırılsın ki, sessiya müddətində korpusların mühafizəsi və “Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronovirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə uyğun bütün zəruri işləri həyata keçirsinlər.

17. Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri E.Məmmədova və “Aqrar mütəxəssis” qəzetinin baş redaktoru M.Rzayevə tapşırılsın ki, imtahan sessiyasına hazırlıq və onun gedişi barədə məlumatların kütləvi informasiya vasitələrinin səhifələrində yerləşdirilməsini təmin etsinlər.

18. Əmr fakültələrin elan lövhəsində asılsın və universitetin internet saytında yerləşdirilsin.

19. Ümumi şöbə sənədin aidiyyəti üzrə paylanmasını təmin etsin.

20. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 17.05.2023-ci il tarixli 3-29/3-2-285F/2023 nömrəli əmri.

Rektor vəzifəsini icra edən
Zəfər Qurbanov