2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi haqqında

2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının
təşkili və keçirilməsi haqqında


Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11.09.2008-ci il tarixli 1059 saylı əmri ilə təsdiq edilmiş “Kredit sistemi ilə təhsil alan tələbələrin fənlər üzrə imtahanları haqqında Əsasnamə”ni rəhbər tutaraq

əmr edirəm


1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 16.12.2022-ci il tarixli F-721 nömrəli əmri icra üçün qəbul edilsin.

2. 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası bakalavriat və magistratura səviyyələrində 2023-cü il yanvarın 5-dən fevralın 1-dək müddətdə təsdiq olunmuş imtahan qrafikləri əsasında əyani formada keçirilsin.

3. İmtahanlarda üzrlü səbəblərdən iştirak etməyənlər üçün 2023-cü il fevral 2-dən 6-dək həmin fənn üzrə təkrar ödənişsiz imtahan vermək üçün bir dəfə şərait yaradılsın. Nəzərə alınsın ki, bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur.

4. Əvvəlki illərdə akademik borcu olan tələbələr üçün həmin fənn üzrə kreditin 25% ödəməklə təkrar imtahan 2023-cü il yanvarın 5-dən fevralın 1-dək müddətdə təşkil olunsun. Payız imtahan sessiyasında qeyri-kafi qiymət almış tələbələr üçün cari semestrdə tədris olunan fənn üzrə kreditin 25% ödəməklə təkrar imtahan 2023-cü il fevral 7-dən 10-dək keçirilsin. Nəzərə alınsın ki, bu imkan tələbənin seçiminə əsasən yalnız 2 fənn üçün 1 dəfə şərait yaradılır.

5. Tələbələrin biliyinin qiymətləndirilməsi test üsulu ilə kompüterdə və yazılı formalarda təşkil edilsin.

6. Test üsulu formasında kompüterlərlə imtahanların keçirilməsinin təşkili İnformasiya texnologiyaları və elektron qeydiyyat şöbəsinin müdiri Ruslan Tahirova tapşırılsın. İnformasiya texnologiyaları və elektron qeydiyyat şöbəsinə dəstək üçün aşağıdakı tərkibdə işçi qrupu təsdiq edilsin:
- Ülviyyə Hüseynova – Anatomiya, patanatomiya və patfiziologiya kafedrasının laborant
- Təhminə Abbasova – Kənd təsərrüfatı texnikası və texniki servis kafedrasının operatoru
- İlahə Məmmədova - Kənd təsərrüfatı texnikası və texniki servis kafedrasının operatoru
- Kəmalə Sadıqova – Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının texniki
- Günay Qurbanova – İnformasiya texnologiyaları və elektron qeydiyyat şöbəsinin texniki
- Nərgiz Namazova - Akademik məsləhətçi (tyutor)

7. İmtahan sessiyasının təşkili və digər zəruri tədbirləri həyata keçirmək məqsədilə aşağıdakı tərkibdə “Qərargah” təsdiq edilsin:
- Aidə Qasımova – Tərbiyə işləri üzrə prorektor, sədr
- Bəşir Bağırzadə – Daxili nəzarət şöbəsinin müdiri, sədr müavini
- Elcan Məmmədov - Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
- Elay Zeynallı – Tədris şöbəsinin müdiri
- Elçin Nəsirov – Elm şöbəsinin müdiri
- Mahir Məmmədzadə - Rektor köməkçisi
- Vüsal Orucov – Biologiya kafedrasının dosenti
- Günel Ramazanova - Bitki mühafizəsi kafedrasının assistenti
- Ramil Məmmədov - Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasının baş müəllimi
- Nərgiz Qurbanova - Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrasının assistenti
- Elvin Hüseynov - Elektrik mühəndisliyi kafedrasının assistenti
- Fariz Süleymanov – Aqrar sahənin iqtisadiyyatı kafedrasının baş müəllimi
- Anar Həsənov - Marketinq kafedrasının baş müəllimi
- Ələkbər Ələkbərov - Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının dosenti (e.a.o.)
- Yeganə Süleymanova - Bağçılıq kafedrasının dosenti
- Nəzakət İsmayıl-zadə - Bitki mühafizəsi kafedrasının dosenti
- Nizami Məmmədov – Tələbə Gənclər Təşkilatının sədri

8. İmtahan sessiyasında daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə “Apelyasiya komissiyası” təsdiq edilsin:
- Azad İbrahimov – Elmi işlər üzrə prorektor, sədr
- Ziyad Abbasov - Maşın mühəndisliyi və standartlaşdırma kafedrasının professoru, sədr müavini
- Elnurə Musayeva – Tədris şöbəsinin mütəxəssisi
- Şəmşir Vəliyev - Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasının baş müəllimi
- Qurban Məmmədov – Bitkiçilik kafedrasının dosenti
- Yeganə Abbasova - Aqrar sahənin iqtisadiyyatı kafedrasının dosenti
- Coşqun Əliyev – Meşəçilik ixtisası III kurs tələbəsi

Qərargaha və komissiyaya tapşırılsın ki, imtahanlara hazırlıq ərəfəsində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görülməsi üçün rektorluğa təkliflər versin. Imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə 2023-cü il fevral 15-dək rektorluğa təqdim etsin.

9. Fakültə dekanlarına, magistr hazırlığı mərkəzinin direktoruna, kafedra müdirlərinə və akademik məsləhətçilərə tapşırılsın:
- Tələbələrin fənlər üzrə semestr ballarının “Tələbə Nailiyyətlərinin İdarəetmə Sistemi” vasitəsi ilə avtomatik hesablanması məqsədi ilə semestr ərzində əldə olunmuş bütün qiymətləndirmə məlumatlarının (dərsə davamiyyət, sərbəst iş, laboratoriya işi, seminar balı, ara imtahanı, kurs işi (layihəsi) və xəstəlik tarixi nəticələri) sistemə tam daxil edilməsi təmin etsin.
- Kafedralarda imtahan məsləhət saatlarının qrafikinin hazırlanasın, təsdiq üçün tədris şöbəsinə təqdim edilsin və tələbələr bu barədə məlumatlandırılsın.
- Fənn üzrə ayrılmış auditoriya saatlarının 25%-dən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmasın.
- Imtahan sualları (testləri) semestr ərzində keçirilmiş mövzuları (alt mövzuları) uyğun olaraq tərtib edilsin.
- Test suallarını elektron imtahan bazasına (adau.imtahan@gmail.com) təhvil verilməsi təmin edilsin.
- Tələbələrin yazılı cavabları fakültədə ayrılmış xüsusi auditoriyada dərhal yoxlanılmalı, qiymətləndirilməli, nəticələr cədvəllərə köçürülməli və imtahan qəbul edilən gün təhvil verilməlidir. İmtahan nəticələrinin imtahan yekunlaşdıqdan sonra elektron sistemə yerləşdirilsin.
- İmtahan sessiyasında iştirak etməyən tələbələrin səbəblərini əks etdirən sənədlərlə (həkimdən arayiş, idman və bilik yarişlarinda iştiraki təsdiq edən sənəd və s.) dekanlığa məlumat təqdim etsin.
- Tələbələrin imtahana şəxsiyyət vəsiqəsi (müvəqqəti yaşama haqqında icazə sənədi) və tələbə bileti ilə buraxılsın.
- Tələbələr sessiyanın başlamasından əvvəl “imtahan sessiyasında iştirak hüququnu qazanmış tələbələrin yaddaş kitabçası” ilə tanış edilsin. İmtahanlarda mobil telefondan, digər elektron vəsaitlərdən istifadə qadağan edilsin. Qayda pozuntusuna yol vermiş şəxslər, imtahan qərargahının qərarı ilə imtahandan kənarlaşdırılsın.
- Apelyasiya şikayəti verilməsi qaydası barədə tələbələr əvvəlcədən məlumatlandırılsın. Nəzərə alınsın ki, tələbə imtahan nəticəsindən narazı olduğu halda, imtahan keçirilən tarixdən 5 gün müddətində apelyasiya komissiyasına müraciət edə bilər.
- Imtahan sessiyasında baş verilmiş neqativ hal üçün fakültə dekanı və kafedra müdiri məsuliyyət daşıyır.
- Nəzərə alınsın ki, qərargahın icazəsi olmadan imtahanın vaxtını dəyişmək qadağandır.
- Test imtahanlarının operativ təşkili üçün akademik məsləhətçilər (tyutorlar) test mərkəzi ilə razılaşdırılmış qrafik əsasında mərkəzə təhkim edilsin.
- Imtahanın nəticələri kafedra iclaslarında, fakültənin ümumi iclasında qərargah üzvləri, tədris şöbəsi, keyfiyyət təminatı və strateji inkişaf şöbəsinin iştirakı ilə müzakirə edilsin.
- əmrlə professor-müəllim heyətini və tələbələri tanış etsin.

10. Kənar şəxslərin (valideynlər və kütləvi informasiya vasitələri nümayəndələri istisna olmaqla) imtahan keçirilən auditoriyalara daxil olmasına yol verilməsin. Universitet mühafizə xidməti zəruri tədbirləri icra etsin.

11. Təqaüd komissiyalarının təqdimatları 2023-cü il fevral 15-dək rektorluğa təqdim edilsin.

12. Kitabxananın direktor əvəzinə tapşırılsın ki, sessiya müddətində kitabxana və oxu salonunun saat 08:30-dan 19:00-dək xüsusi qrafik əsasında işləməsini təmin etsin.

13. Təsərrüfat şöbəsinə tapşırılsın ki, auditoriya və laboratoriyaların imtahan sessiyasına hazırlığını, tələbə yeməkxanalarının və tibb məntəqələrin sessiya müddətində fasiləsiz işini təmin etsin.

14. Tədris korpuslarının komendantlarına tapşırılsın ki, sessiya müddətində korpusların mühafizəsi və “Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronovirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə uyğun bütün zəruri işləri həyata keçirsinlər.

15. Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri E.Məmmədova və “Aqrar mütəxəssis” qəzetinin baş redaktoru M.Rzayevə tapşırılsın ki, imtahan sessiyasına hazırlıq və onun gedişi barədə məlumatların kütləvi informasiya vasitələrinin səhifələrində yerləşdirilməsini təmin etsinlər.

16. Əmr Universitetin internet saytında yerləşdirilsin.

17. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

ƏSAS: Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 16.12.2022-ci il tarixli F-721 nömrəli əmri

Rektor vəzifəsini icra edən
Zəfər Qurbanov