Zoomühəndislik fakültəsi

Zoomühəndislik fakültəsinin nəzdində olan kafedralar aşağıdakı istiqamətlər üzrə tədqiqat işləri aparırlar:
- Kənd təsərrüfatı heyvanlarının (qoyun, camış, at) və quşların mövcüd cins tərkibinin yaxşılaşdırılması və onların məhsuldarlığının artırılması texnologiyası;
- Azərbaycan maldarlığının cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsində çarpazlaşdırma və hibridləşdirmə üsulunun tətbiqinin səmərələliyi;
- Azərbaycanın daxili su hövzələrində yaşayan vətəgə əhəmiyyətli balıqların müasir vəziyyəti, onlardan səmərəli istifadə olunması yolları, təsərrüfat əhəmiyyətli balıq növlərinin artırılması üsulları.

Heyvandarlıq məhsulları istehsalının texnologiyası kafedrasında aşağıdakı elmi tədqiqat işləri yerinə yetirilir:
- Qoyunların yun məhsuldarlığının kəmiyyət və keyfiyyət göstəricilərinə mikoiqlimin təsirinin araşdırılması;
- Gəncə-Qazax bölgəsində yetişdirilən Azərbaycan camış cinsinin süd məhsuldarlığının artırılma yolları;
- Atların müxtəlif üsullarla (ilxı, mədəni-ilxı, mədəni-tövlə) saxlanması zamanı onların böyümə və inkişafının araşdırılması;
- Qarışıq məhsuldar istiqamətli toyuq cinslərinin məhsuldarlığının yüksəldilməsinə paratipik amillərin təsiri;
- Respublikanın Qərb bölgəsində yetişdirilən qoyun cinsləri əsasında yüksək məhsuldar ətlik – südlük qoyun cinsinin yaradılması.

Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrasında aşağıdakı elmi tədqiqat işləri yerinə yetirilir:
- ADAU-nun Maldarlıq və atçılıq tədris mərkəzində aparılan çarpazlaşdırma üsullarının qiymətləndirilməsi;
- Mələz və hibridlərin böyümə və inkişafına balanslaşdırılmış yemləndirmənin təsiri;
- ADAU-nun Maldarlıq və atçılıq tədris mərkəzində Ana inəklərin süd məhsuldarlığına yemləndirmənin təsiri.
Balıq məhsulları istehsalının texnologiyası kafedrasında aşağıdakı elmi tədqiqat işləri yerinə yetirilir:
- Gəncəçay, Qoşqarçay və Şəmkirçay çaylarının ixtiofaunasının müasir vəziyyəti, bölgədə faydalı qazıntıların aparılması nəticəsində ixtiofaunaya dəyə biləcək zərərlərin qiymətləndirilməsi;
- Şəmkir su anbarında vətəgə əhəmiyyətli balıqların müasir vəziyyəti və onların ehtiyatlarından səmərəli istifadə yolları;
- ADAU-nun qapalı və açıq balıqyetişdirmə laboratoriyalarında Afrika naxasının –Clarias gariepinus (Burchell, 1822) yetişdirilmə biotexnologiyasının elmi əsaslarla hazırlanması.
Sosial şəbəkələrdə paylaş: