
Mərkəzdə tələbələrin xüsusi hazırlığı həyata keçirilir və onların yarışlara, tədbirlərə əvvəlcədən hazırlaşmaq üçün mentor dəstəyi verilir.
Mərkəzə daxil olan layihələr aşağıdakı 5 mərhələdən keçir:
“E”- İdeyanın daxil olması mərhələsi;
“D”- İdeyanın inkubasiyaya alınması;
“C”- İnkubasiyaya alınmış startapların işlənilməsi;
“B”- Satış məhsulu və satış təcrübəsi olan mərhələsi;
“A”- Akselerasiyadan sonrakı mərhələdə davamlı müəssisə mərhələsi.
Mərkəzdə davamlı olaraq təlimlər və tədbirlər təşkil olunur. Təlimlər tələbələrin inkişafı üçün müstəsna əhəmiyyət kəsb edir. Keçirilən təlimlər: ideyadan-biznesə, ideya və layihə, layihələrin yazılması və idarə olunması, startap nədir?, biznes canvasın qurulması, startap və innovasiya, layihə+texnologiya.

Mərkəzin idarə edilməsini aşağıdakı koordinatorlar həyata keçirir:
- İdarəetmə üzrə koordinator
- Layihələr üzrə koordinator
- Təlimlər üzrə koordinator
- Könüllülər üzrə koordinator



Mərkəzdə aşağıdakı mentorlar fəaliyyət göstərir:
- Layihə və startaplar üzrə mentor
- Data analitik üzrə mentor
- STEM üzrə mentor
Və s. mentorlar cəlb edilir.

Fəaliyyət sahələri:
- Təlimlər
- Tədbirlər
- Seminarlar
- Layihələr və startaplar
- İnkubasiya
- Aksselerasiya
- Müsabiqələr və qrantlar
Mərkəzə tələbələrin müraicətini asanlaşdırmaq üçün “İdeya bankı” bölməsində onlar kreativ ideyalarını təklif edirlər.
Mərkəzin layihələri: Biobone, Green Doctor, Pomegranate, E-baytar, Kənd Təsərrüfatı Qeydiyyatı startaplarıdır.





