ADAU-nun Mühəndislik fakültəsinin Kənd təsərrüfatı texnikası kafedrası nəzdində fəaliyyət göstərən “NEW HOLLAND” (şirkətin əsası 1895-ci ildə ABŞ-ın Pensilvaniya ştatının New Holland şəhərində qoyulmuşdur) laboratoriyası 2015/2016-cı tədris ilində həmin şirkəti təmsil edən Az.Texnika şirkəti tərəfindən, “JOHN DEERE” (şirkətin əsası 1837-ci ildə ABŞ-ın İllinoys ştatının Molin şəhərində qoyulmuşdur) laboratoriyası isə 2017-ci ildə həmin şirkətin təmsilçiləri tərəfindən quraşdırılaraq istifadəyə verilmişdir.

Bu laboratoriyalarda quraşdırılmış avadanlıqlarda və simulyatorlarda torpağın becərilməsi, məhsulun yığılması və digər kənd təsərrüfatı işlərinin real təsərrüfat şəraiti rejimində yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
Aqromühəndislik, aqronomluq, menecment və digər ixtisaslarda təhsil alan tələbələr laborator-paraktiki dərslərin və tədris təcrübələrin keçirilməsində həmin laboratoriyaların imkanlarından geniş istifadə edərək praktiki vərdişlərə yiyələnirlər.