Türkiyənin ali təhsil müəssisələri ilə əlaqələr

ADAU və Türkiyənin Ege Universiteti ilə birgə 4 ixtisas üzrə beynəlxalq ikili diplom proqramı

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Türkiyənin Ege Universiteti ilə imzalanmış Anlaşma Memorandumuna, habelə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Türkiyənin Ali Təhsil Şurası tərəfindən təsdiq olunmuş protokola uyğun olaraq 2020/2021-ci tədris ilində bakalavriat səviyyəsində “Aqronomluq”, “Bitki mühafizəsi”, “Aqromühəndislik” və “İqtisadiyyat” ixtisaslarına beynəlxalq ikili diplom proqramları üzrə yalnız dövlət sifarişi əsasında (ödənişsiz) tələbə qəbulu elan edir. Tələbələrin qəbulu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri əsasında aparılacaqdır.

Türkiyənin ali təhsil müəssisələri ilə əlaqələrTürkiyənin ali təhsil müəssisələri ilə əlaqələr

Hər iki ali təhsil müəssisəsinin diplomlarının verilməsi ilə yekunlaşan tədris və təcrübə prosesinin bir hissəsi Ege Universitetində təşkil olunacaqdır. Bundan başqa, dərslər hər iki ali təhsil müəssisəsinin təcrübəli professor-müəllim heyəti tərəfindən aparılacaqdır. Tələbələrin təhsil müddətində bütün xərcləri Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına ödəniləcəkdir. Bu xərclərə təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, Ege Universitetində təhsil, yay məktəbində və istehsalat təcrübəsində iştirak xərcləri daxildir. Tələbələr aylıq stimullaşdırıcı təqaüdlə təmin olunacaqlar.

ADAU-nun Türkiyənin Ankara Universiteti, İstanbul Universiteti, Ondokuz Mayıs Universiteti, Atatürk Universiteti, Selçuk Universiteti, Fırat Universiteti, Yüzüncü yıl Universiteti, Ağrı İbrahim Çeçen Universiteti, Namik Kemal Universiteti, Iğdır Universiteti, Qazi Osman Paşa Universiteti, Alaaddin Keykubat Universiteti və digər ali təhsil müəssisələri ilə də əməkdaşlıq əlaqələri var. Qeyd olunan ali təhsil müəssisələri ilə müəllim və tələbələrin mübadiləsi, əsasən Mövlanə Mübadilə Proqramı (MMP) çərçivəsində həyata keçirilir. Bu proqram Türkiyə daxilində təhsil verən ali təhsil müəssisələri ilə ölkə xaricində təhsil verən ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirmək məqsədi daşıyır.

Türkiyə universitetləri ilə əməkdaşlıq
Ege Universiteti
Ankara Universiteti
Istanbul Universiteti
Ondokuz Mayıs Universiteti
Atatürk Universiteti
Selçuk Universiteti
Fırat Universiteti
Yüzüncü yıl Universiteti
Ağrı İbrahim Çeçen Universiteti
Namık Kemal Universiteti
Iğdır Universiteti
Qaziosmanpaşa Universiteti
Alaaddin Keykubat Universiteti
Sinop Universiteti
Isparta Uygulamalı bilimler Universiteti
İstanbul-Cerrahpaşa Universiteti


Türkiyənin ali təhsil müəssisələri ilə əlaqələrTürkiyənin ali təhsil müəssisələri ilə əlaqələr
Sosial şəbəkələrdə paylaş: