
Azərbaycan Dövlət Aqrar Universiteti ABŞ-ın Oklahoma Dövlət Universiteti, Texas A&M Universiteti və İllinoys Dövlət Universiteti ilə sıx əməkdaşlıq edir. Əməkdaşlıq əlaqələri professor-müəllim heyətinin mübadiləsi, birgə elmi tədqiqat işlərinin yerinə yetirilməsi, konfrans, seminar və təlimlərdə iştirak sahələrini əhatə edir.

Qeyd olunan universitetin professoru, ADAU-nun Fəxri Doktoru Mohammad Babadoost mütəmadi olaraq universitetə qonaq-mühazirəçi qismində dəvət olunur
2018-ci ildə açılmış bitki mühafizəsi ixtisası üzrə təhsil standartının beynəlxalq səviyyədə hazırlanması məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Aqrar İnkişaf və Kredit Agentliyi tərəfindən icra olunan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi“ çərçivəsində Mohammad Babadoostun rəhbərliyi ilə universitet əməkdaşları tərəfindən ixtisasın təhsil proqramı tərtib edilmişdir.
ABŞ Kənd Təsərrüfatı Departamentinin ofis rəhbəri, Ayova, Minnesota və Viskonsin ştatları üzrə Risklərin idarə edilməsi Agentliyinin rəhbəri Duane Voy, ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndələri, Texas A&M Universitetinin professoru Steven Hauge və digərləri ADAU-ya səfər etmişlər.
Amerika Birləşmiş Ştatlarının Ali Təhsil Müəssisələri ilə olan müqavilələr
Texas A &M Universiteti
Missuri Universiteti
Illinois Universiteti
Oklahoma Universiteti
Yuta Dövlət Universiteti
Texas A &M Universiteti
Missuri Universiteti
Illinois Universiteti
Oklahoma Universiteti
Yuta Dövlət Universiteti