UniClaD layihəsi

LAYİHƏ HAQQINDA




UniClaD layihəsi

Layihənin adı: İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması layihəsi (UniClaD)

Maliyyələşdirən təşkilat: Avropa Birliyinin ERASMUS + CBHE

Qrant nömrəsi: 609944-EPP-1-2019-1-LT-EPPKA2-CBHE-JP

İcra müddəti: 15/01/2020- 19/11/2024

Layihənin əsas məqsədi: Aqro-sənaye klasterlərinin əsas hissəsi kimi universitetlərin potensialının inkişaf etdirilməsi, aqro –sənaye klasterlərin formalaşdırılması və uğurla fəaliyyət göstərməsinə ilkin şərt kimi innovasiya mərkəzlərinin yaradılması ilə universitet-sənaye işbirliyinə nail olmaqdır.

İnternet səhifə: http://uniclad.net/

ADAU-nun rəsmi vebsaytındakı linki: https://adau.edu.az/beynelxalq_elaqeler/layiheler/uniclad-3659/

ADAU-nun vəzifələri:
• Avropanın klaster təcrübəsinin öyrənilməsi.
• Ənənəvi süd məhsullarının emal və istehsalına aid ekspertiza mərkəzləri yaratmaq və onu klaster şəklində inkişaf etdirmək;
• Tədqiqat və innovativ fəaliyyətin praktiki tətbiqini təmin etmək, müəssisələrlə əlaqələri gücləndirmək.
• Dəyər zəncirin işlənib hazırlanması: magistr -PhD- tədqiqatçı əsas tərəf kimi və tədqiqatçı –layihəçi- icraçı köməkçi tərəf kimi;
• Hər bir tərəfin qalib mövqedə qalması prinsipi əsasında biznesin, klasterlərin strukturunda yerli icra hakimiyyətləri, elm və təhsil sahələri ilə əməkdaşlığa həssaslığının artırılması;
• Biznes, elm və təhsilin klasterlər daxilində işləməsi üçün potensialın artırılması (magistratura və doktorantura üzrə təhsil proqramına daxil edilən xüsusi təlimlər və xüsusi modullar vasitəsilə);
• Klasterlər daxilində yerinə yetirilən fəaliyyətlərin əsası kimi universitetlərdə xüsusi konstruktiv tədbirlərin yerinə yetirilməsi;
• Tədqiqatların, dissertasiya işlərinin və tələbələrin magistr işlərinin praktiki dəyərinin, eləcə də tələbələrin iş qabiliyyətlərinin artırılması;
• Dayanqılılıq prinsiplərinə görə innovasiyaların aqro-sənaye instehsalatına daha yaxşı inteqrasiya olunması üçün şəraitin yaradılması.

ADAU tərəfindən görülmüş işlər:
• Klasterlərin fəaliyyəti, rolu, vəzifələri, hüquqi təsisi, maliyyələşdirmə mexanizmləri haqqında İspaniya, İtaliya, Litva, Polşa, Macarıstan təcrübəsi öyrənilmişdir
• Azərbaycan Dövlət Aqrar Universitetində Ənənəvi qida məhsulları ekspertiza (innovasiya) mərkəzi yaradılmışdır:
• Ənənəvi qida məhsulları innovasiya mərkəzinin sənədləri hazırlanmış və rəhbərlik tərəfindən təsdiqlənib imzalanmışdır.
• Ənənəvi qida məhsulları İnnovasiya Mərkəzi üçün müvafiq avadanlıq alışı icra edilmiş və Universitetə çatdırılmışdır.
• Klasterlərin yaradılması üzrə təlimatın hazırlanması istiqmətində işlər yerinə yetirilir.
• Magistr və Doktoranturada onlayn kursların yaradılması üçün hazırlıqlara başlanılıb.
• Ümumilikdə 5 tələbə olmaqla Polşanın Poznan şəhərində yerləşən Poznan Təbiyət Elmləri Universitetində 1 aylıq tələbə mobillik proqramında iştirak edib.



LAYİHƏLƏR:



Ənənəvi Qida Məhsulları (xüsusən, motal pendir)

UniClaD layihəsi


ƏNƏNƏVİ QİDA MƏHSULLARI EKSPERTİZA (İNNOVASİYA) MƏRKƏZİ



UniClaD layihəsi


TƏLİMLƏR:
• Ənənəvi qida məhsullarının təşviqində dəyər zəncirinin əhəmiyyəti
• Klasterlərin yaradılması
• Kənd təsərrüfatının inkişafında klasterlərin rolu

ƏMƏKDAŞLIQ:



UniClaD layihəsi UniClaD layihəsi


KLASTERİN AVROPA TƏCRÜBƏSİ:








Course Description



UniClaD layihəsiUniClaD layihəsiUniClaD layihəsiUniClaD layihəsiUniClaD layihəsiUniClaD layihəsi
Sosial şəbəkələrdə paylaş: