2017

Məzun yarmarkası-2017
Azərbaycan Dövlət Aqrar Universitetində artıq 9-cu məzun yarmarkası keçirilib. Məzunların işlə təminatında bu yarmarkaların mühüm əhəmiyyət daşıdığı dəfələrlə təsdiqini tapıb. Universitetdə növbəti, 9-cu “Məzun 2017” yarmarkasında Respublikanın 35 şəhər, rayonundan 129 müəssisə və şirkət iştirak edib, 910 vakant iş yeri məzunlara təklif olunub.

Təhsil müəssisəsi indi inkişafının zirvə ömrünü yaşayır. Tədrisin maddi-texniki bazası gücləndirilib, müasir tələblərə cavab verən şərait yaradılıb. Ən əsası təcrübə dərsləri daim diqqət mərkəzində saxlanılıb. Elmi tədqiqat və tədris mərkəzləri indi tələbələrə bütün imkanları verib. Təbii ki, bütün bunlar kadr hazırlığının səviyyəsinə öz müsbət təsirini göstərir.

20172017









Bu il universitetdən bakalavriat pilləsi üzrə əyani təhsil formasında 880, qiyabi isə 269 nəfər tələbənin məzun olacağı gözlənilir. Aqronomluqdan 50, Aqrotexnologiyadan 143, Baytarlıq təbabəti və zoomühəndislikdən 118, Mühəndislikdən 230, Aqrar iqtisadiyyatdan 174, Aqrobiznes və idarəetmədən 165 məzun vakant yerləri tutmaq üçün yarmarkada iştirak edib. Bununla yanaşı qiyabi təhsil formasını bitirən, eləcə də əvvəlki illərdə məzun olanlar da yarmarkada iştirak edib.

2017201720172017
Sosial şəbəkələrdə paylaş: