Aqrar İnkişaf Könüllülərinin Yay Məktəbi

AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
“SABAHIN KƏND TƏSƏRRÜFATI”
AQRAR İNKİŞAF KÖNÜLLÜLƏRİNİN YAY MƏKTƏBİ
22-31 İYUL 2021-Cİ İL


Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Aqrar İnkişaf Könüllüləri” təşkilatının ölkədə aqrar sektorun inkişafına ictimai dəstəyin nümayiş etdirilməsində, aqrar təhsilə marağın artırılmasında, gənc mütəxəssislərin ideyalarını praktiki olaraq reallaşdırılmasında və cəmiyyətin diqqətini bu sahəyə yönəldilməsində artan rolunu nəzərə alaraq Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Aqrar inkişaf könüllüləri üçün “Sabahın kənd təsərrüfatı” adlı yay məktəbi təşkil edir.

Məruzələr: Yay məktəbində ölkəmizin və xarici ali təhsil müəssisələrinin aparıcı alimlərinin, beynəlxalq təşkilatların, dövlət və biznes strukturlarının nümayəndələrinin sabahın kənd təsərrüfatı, işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı, “Ağıllı kənd”, “Ağıllı kənd təsərrüfatı”, “Elektron kənd təsərrüfatı”, qlobal iqlim dəyişikliyi və onun aqrar sahənin inkişafına və ərzaq təhlükəsizliyinə təsiri, aqrar gənclik, aqrar təhsil istiqamətləri, habelə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığında aqrar motivlərə dair mühazirələri dinləniləcəkdir.

Sosial fəaliyyətlər: Proqram çərçivəsində Gəncə şəhərində Nizami Məqbərəsi və "Nizami Gəncəvi" Muzeyi, Heydər Əliyev Park-Kompleksi, ”Zəfər Tağı”, Qala Qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyi , ”Məhsəti Gəncəvi” Mərkəzi, ”İmamzadə” dini kompleksi, Xan bağı, ”Avropa 2016-Gənclər Paytaxtı” Parkı, Gəncənin Bayraq Meydanı, "Gəncəçay” park-bulvar kompleksi, "Mirzə Şəfi Vazeh” Muzeyi, Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi, Filarmoniya, "Xəmsə” Parkı, respublikanın aparıcı aqrar sənaye şirkətləri, Göygöl Milli Parkına, Qəbələ rayonunun istirahət-əyləncə mərkəzlərinə və digər yerlərə səfərlər təşkil olunacaqdır.

Müraciət üçün tərcümeyi-hal-CV, motivasiya məktubu, tələbə bileti və təhsil müəssisəsinin tövsiyə məktubu aik@adau.edu.az elektron poçt ünvanına göndərilməldir.

Müraciət üçün son tarix: 10 iyul 2021-ci il
Müraciətlərin qiymətləndirilməsi: 11-17 iyul 2021-ci il
İştirakçılar: “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının üzvü olan bakalavrlar
Yaşayış və qidalanma: İştirakçılarının yaşayış və qidalanması ödənişsizdir
Əlaqə: Gəncə şəhəri, Atatürk prospekti 450, Azərbaycan Dövlət Aqrar Universiteti

+994222665733
+994516549436
aik@adau.edu.az
office@adau.edu.az
www.adau.edu.az