.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Naz[left]irliyi
Azərbaycan Dövlət Aqrar Universiteti
2021-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir



Azərbaycan Dövlət Aqrar Universiteti
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il tarixli 22 iyun 356s nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na əsasən 2021-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

.
.

***Dissertant hazırlığı üzrə adambaşına maliyyələşmə nəzərdə tutulmadığı üçün dissertanturada hazırlıq ali təhsil müəssisələrinin öz əməkdaşları üçün həmin müəssisənin hesabına, digər şəxslər üçün isə ödənişli olacaq.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrini tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorant qəbulu üzrə e-müraciət sistemi təlimatı

Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin “Fəlsəfə” fənni üzrə imtahanı 1, 2, 3 sentyabr 2021-ci il tarixlərində, ixtisas imtahanı 9-10 sentyabr 2021-ci il tarixlərində keçiriləcəkdir.

Sənəd qəbulu üçün son tarix: 20 avqust 2021-ci il