ADAU-nun Aqronomluq fakültəsinin “Toxumçuluq və dənin keyfiyyətinin təyini” laboratoriyasında buğda, arpa, qarğıdalı və paxlalı bitkilərin (noxud, lobya) toxumlarının müasir metodlar və cihazlarla aşağıdakı analizləri aparılır.
• Dənin biokimyəvi göstəricilərinin - zülal, yağ, nişastanın təyini (bitkiyə müvafiq olaraq) - İnfratecTM 1241 cihazı ilə;
• Dənin texnoloji xüsusiyyətləri: sedimentasiya (yumşaq buğdanın un nümunələrinin keyfiyyətinin təyini)
• Cücərmə qabiliyyətinin təyini, cücərmə enerjisinin təyini
• Toxumun təmizliyinin təyini
• Toxumların təsərrüfat yararlılığının təyini (yalnız cücərmə qabiliyyəti və toxumun təmizliyi təyin olunduqda)
• Fiziki xüsusiyyətləri: 1000 ədəd dənin kütləsinin təyini, toxumun natura çəkisinin, nəmliyinin təyini
Əlaqə:
Tel: +99422 266 28 03
Email: ekincilik@rambler.ru
Ünvan: Gəncə şəhəri, Özan küçəsi, 208