Azərbaycan Dövlət Aqrar Universitetinin magistratura səviyyəsinə qəbul olunanların nəzərinə!

Koronavirus infeksiyası ilə bağlı ölkəmizdə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, magistratura səviyyəsinə qəbul olunanların qeydiyyat prosesionlayn formada aparılır.

Qeydiyyatdan keçmək üçün 2020-ci il iyulun 6-dan 15-dəkaşağıdakı göstərilən sənədlərin surəti(skan olunmuş) magistr.qeydiyyat@gmail.com elektron poçt ünvanına göndərilməlidir.

  1. Şəxsiyyət vəsiqəsi;
  2. Diplom və ya ali təhsil müəssisəsini bitirməyinə dair arayış;
  3. Təhsil haqqı qəbzi (ödənişli əsaslarla təhsil alanlar üçün);
  4. Hərbi bilet və ya hərbi xidmətdə olmayanlar üçün çağırış vəsiqəsi;
  5. 3x4 ölçüdə rəngli fotoşəkil;
  6. Təhsil haqqından azad olmaq hüququna malik olanların müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqi

Elektron məktubda tələbənin Dövlət İmtahan Mərkəzi tərəfindən verilmiş iş nömrəsi, şəxsi kabinetinin istifadəçi adı və parolu, mobil telefonu (özünün və valideynlərindən birinin)qeyd edilməsi zəruridir.

Əlaqə telefonları: 050-410-03-01, 022-266-00-97

Ödəniş qəbzi:

Kapital Bank

Valyuta:  AZN

Benefisiarın Bankı: Kapital Bank ASC Gəncə filialı

Filialın kodu:  200275

SWIFT kod:  AIIBAZ2X

Mühbir hesab:  AZ37NABZ01350100000000001944

Benefisiarın adı:  AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Benefisiarın hesabı:  AZ68AIIB38070019440136714127

VÖEN:  2300314671