AQRAR UNİVERSİTETDƏ YENİ EKOLOGİYA LABORATORİYASI VƏ İNFORMATİKA OTAĞI YARADILIB.

Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin kefiyyətini yaxşılaşdırmaq, nəzəriyyə ilə təcrübənin paralelliyini təmin etmək üçün yeni laboratoriyaların qurulması, informatika otaqlarının sayının artırılması bu gün də aktual məsələ kimi gündəmdədir. Atılan hər bir addım zamanın tələbinə uyğun aqrar mütəxəssisin hazırlanmasında mühüm rol oynayır, qeyri-neft sektorunun inkişafı istiqamətində önəm daşıyır.

ADAU-nun mətbut xidmətindən bildirilir ki, Aqronomluq fakültəsində universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovun təşəbbüsü ilə daha bir laborotoriya və informatika otağı yaradılıb. Ekologiya mühəndisliyi və meşəçilik kafedrasında yaradılan yeni Ekologiya laborotoriyası müasir avadanlıqlarla təmin edilib.