Aqrar universitetdə 5 dildə konfrans keçirildi

Bu gün  Azərbaycan Dövlər Aqrar Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan bakalavriat və magistrantların xarici dillərdə (ingilis, alman, fransız, rus, fars) ümumşəhər elmi nəzəri konfransı keçirilib.  Konfransın mövsuzu: “Müasir Azərbaycan Heydər Əliyevin ideyaları işığında olmuşdur”. 

Konsfransı giriş sözü ilə universitetin rektoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açmışdır, dövlət himni səslənmiş, 2-4 aprel tarixində ərazi bütövlüymüzün qorunması uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Konfransda ADAU, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Dövlət Pedoqoji Universitetin Qazax filialının tələbələri də iştirak ediblər.

Konfransın plenar iclası ADAU-nun inzibatı binasında, 9 bölmə iclasları isə digər tədris korpuslarında keçirilmişdir.

Konfransın iştirakçılarına Fəxri Fərmanlar və Təşəkkürnamələr verilmişdir.