Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş Konsulluğuna

Türkiyənin İstanbul şəhərində, Atatürk Hava Limanında baş vermiş terror aktı nəticəsində çoxsaylı qardaş və bacılarımızın həlak olması və yaralanması xəbəri Azərbaycan Dövlət Aqrar Universitetinin rektorluğunu, professor-müəllim heyətini və tələbə kollektivini hədsiz sarsıtmışdır.

Bu gün insanlıq üçün böyük bəlaya çevrilmiş terrorizmlə mübarizə bütün bəşəriyyətin borcudur. Biz həmişə olduğu kimi, indi də qardaş Türkiyənin yanındayıq.

Həlak olanların ailələrinə və yaxınlarına, böyük türk xalqına öz adımdan və Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivi adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa arzu edirəm.

Professor İbrahim Cəfərov,

                                     Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru