Torpaqşünaslıq və aqrokimiya ixtisasının II kurs tələbələri “Aqro-azərinvest” MMC-nin üzüm sahəsində olmuşlar

2018-ci il aprelin 30-da aqronomluq fakültəsinin torpaqşünaslıq və aqrokimiya ixtisası üzrə II kurs tələbələrinin növbəti dərsi Göygöl rayonunda yerləşən “Aqro-azərinvest” MMC-nin üzüm sahəsində keçirilmişdir. Dosent Vüsal Məmmədov və təsərrüfatın aqronomu Ramin Məhərrəmov tələbələrə üzüm bitkisininə zərər vuran xəstəlik, zərərvericviləri, alaq otları və onlarla mübarizə barədə məlumat vermişlər. Tələbələr üzümdə olan zərərvericiləri və xəstəlikləri təyin edərək onlara qarşı tətbiq edilən işçi məhlulların hazırlanması prosesində yaxından iştirak ediblər. Həmçinin tələbələr təsərrüfatda əkilən yeni üzüm sortları və bu bitkinin becərilmə texnologiyası barədə məlumatlandırılıblar.