Tələbələrimizə Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiyasiyasının (AMTA) mükafatları təqdim olunub

Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının (AMTA) təşəbbüskarlığı və dəstəyi ilə  Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU)  tələbələri arasında “Layihənlə Qatıl– Karyeranı Qur”  layihəsi çərçivəsində elan olunmuş müsabiqəyə universitetin 13 tələbəsi layihələrini təqdim edib. Adıçəkilən qurumda keçirilən təqdimetmə mərasimində ADAU-nun “torpaqşünaslıq və aqrokimya” ixtisası üzrə 4-cü kurs tələbələrindən Həsənova Fatma Vahid qızı 1-ci yer, Əliyev Emil Qəribxan oğlu 2-ci yer və İsmayılzadə Vüqar Şahin oğlu 3-cü yeri tutmaqla mükafatlandırılıblar. Layihəsinin təqdimat tədbirində çıxış edən AMTA sədri Bəşir Quliyev tədbir iştirakçılarını salamlayaraq, son illərdə ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi layihələrdən söz açıb. O, bildirdi  ki, Azərbaycanda  ilk dəfə istehsalçılar və ADAU arasında belə bir  tədbir kecirilir: "Bu tədbirlərin keçirilməsi gənc mütəxəssislərin kənd təsərrüfatı sahəsində öz istedadlarını sərgiləmək baxımından mühüm əhəmiyyət kəsb edir. Biznesin inkişafına xidmət edən layihələrin təqdim olunması və onlar ətrafında fikir mübadiləsi aparılması təqdirəlaiqdir". Assosiasiya sədri onu da deyib ki, konfransda iştirak edən tələbələrin layihələri komissiya üzvləri tərəfindən qiymətləndiriləcək, bu isə onların gələcək karieralarının qurulmasında mühüm rol oynayacaq.

Xatırladaq ki, tədbirin münsiflər heyətində AMTA-nın sədri, Buta Group-un rəhbəri Bəşir Quliyev, AMTA-nın icraçı direktoru Elnur İslamov, AMTA-nın sədr müavini, sahibkar Jalə  Əmirbəyova, AMTA-nın sədr müavini, Sahibkar Tahir Hüseynov, Rayyan MMC-nin rəhbəri Məhəmməd Bazarov, GreenTech MMC-nin direktoru  Nizami Heybətov, Bakı İstixana Kompleksinin direktoru , GrowGroup  Camal Məcidov, Kənd Təsərrüfatı Nazirliyinin məsul işçisi Afət Yaqubova, Kənd Təsərrüfatı Nazirliyinin Elm şöbəsinin mütəxəssisi  Röyalə Musayeva, Nazirliyinin Regionların inkişafı və Dövlət Proqramları Şöbəsinin müdiri Hikmət Nəbiyev, Modern Aqro MMC-nin direktoru Eldəniz Doldolov,  BakuAqro-nun direktoru  Qoşqar Əhmədov, Binə Aqro MMC-nin istehsal müdiri  Həsən Əliyev iştirak ediblər.

Tədbirin sonunda xatirə şəkli çəkdirildi.