Tələbələr təhsil aldıqları universitetin tarixinə səyahət ediblər

Azərbaycan Dövlət Aqrar Universitetinin I kurs tələbələri tərbiyə işləri üzrə prorektor Aidə Qasımovanın təşkilatçılığı və rəhbərliyi ilə təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən “Aqrar, Elm, Təhsil, Cümhuriyyət” Muzeyində olublar.

Muzeyin bələdçisi Məlahət Qarayeva tələbələrə muzeydə olan rəsm,heykəltaraşlıq əsərləri, şəkillər, kitablar, pul əskinazları və başqa eksponatlar barədə ətraflı məlumat verib,  ki, 1985-ci ildə yaradılan və 2010-cu ildə əsaslı təmir olunan muzey bu gün nadir eksponatlarla təchiz edilib. Ziyarətçilər vaxtı ilə universitetdə çalışan görkəmli şəxsiyyətlər haqqında da məlumatlandırılıb.

Muzeyə səyahət I kurs tələbələrinin təhsil aldıqları universitetin tarixinə və bugününə bələd olmaqda yaxından kömək edib.

https://www.yenigence.com/?p=59076