Rektor, professor İbrahim Cəfərov yataqxanada tələbələrin imtahan prosesi ilə bağlı rəy və təkliflərini dinləyib

 ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov yataqxanada tələbələrlə 2016/2017-ci tədris ilinin qış imtahan sessiyasının gedişi, problemlər və qarşıda duran vəzifələr barədə müzakirə aparıb, onların fikir, rəy və təkliflərini dinləyib. Rektor çıxış edərək imtahan sessiyasının təşkili ilə bağlı görülmüş işlər, o cümlədən cari imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsinin müxtəlif-komyuter vasitəsilə test üsulu, yazılı və şifahi formalarının tətbiqi, imtahan prosesinin valideynlər, kütləvi informasiya vasitələri, bütövlükdə ictimaiyyət nümayəndələri üçün açıq olması barədə danışıb. Tələbələr çıxış edərək universitetdə imtahan prosesinin obyektiv və keçirilməsi üçün yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər. İmtahan formalarına gəlincə, tələbələr Azərbaycan tarixi fənni üzrə şifahi imtahan formasından istifadə edilməsinin əhəmiyyətini, ümumiyyətlə, gələcəkdə digər imtahan formaları ilə yanaşı şifahi imtahan formasının da tətbiqinin vacibliyini vurğalayıblar.

Rektor görüşdə tələbələrin sosial-məişət problemlərini də dinləyib, müvafiq struktur bölmələrinə tapşırıqlarını verib.