Rektor, professor İbrahim Cəfərov gənc müəllimlərlə görüşüb

 05 yanvar 2017-ci il tarixdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov universitetdə çalışan gənc müəllimlərlə görüşüb. Görüşdə məqsəd gənc müəllimlərin elmi-pedaqoji fəaliyyətinin stimullaşdırılması, onların sosial problemlərinin həlli, elm və tədrisdə yeni metodların tətbiqi yollarının müzakirə edilməsi olmuşdur. İşgüzar və səmimi şəratdə keçən görüşdə mövcud problemlər və onların həlli yollarından, belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışılıb.