Rektor, professor İbrahim Cəfərova 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim edilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin   rektoru, AMEA-nın müxbir üzvü, professor Cəfərov İbrahim Həsən oğlu kənd təsərrüfatının inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Bundan başqa,  aqrar təhsilin inkişafında xidmətlərinə görə universitetin aqronomluq fakültəsinin dekanı, dosent İsmayılov Məhərrəm Musa oğlu və bağçılıq kafedrasının müdiri, dosent İdrisov Hüseyn Əkbər oğlu “Əməkdar müəllim” fəxri adına layiq görülmüşlər. 27 yanvar 2017-ci il tarixində Kənd Təsərrüfatı Nazirliyində orden və fəxri adlar kənd təsərrüfatı nazirinin müavinləri Seyfəddin Talıbov və İlham Quliyev tərəfindən təqdim edilmişdir. Rektor, professor İbrahim Cəfərov çıxış edərək təltifə görə ölkə başçısına minnətdarlığını bildirmiş, bundan sonra da kənd təsərrüfatının, aqrar təhsilin və elmin inkişafında daha əzmlə çalışacağını qeyd etmişdir. 

Dosent Məhərrəm İsmayılov və dosent Hüseyn İdrisov da çıxış edərək minnətdarlıqlarını bildiriblər.