“Qlobal iqlim dəyişmələri şəraitində aqrar elmin qarşısında duran vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans

Müasir dövrdə iqlim dəyişmələrinin təsirləri dünyanın bütün ölkələrini, o cümlədən Azərbaycanı əhatə etməklə aqrar sahədə məhsuldarlığa, bütövlükdə ölkələrin ərzaq təhlükəsizliyinə təsir göstərir. BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin məqsədlərindən biri iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təxirəsalınmaz tədbirlər görməkdir. Gündəlikdə qeyd olunur ki, 1880-ci ildən 2012-ci ilə qədər orta qlobal temperatur 0,85°C artmış, okeanlarda istiləşmə, qar və buzun miqdarının azalması nəticəsində dəniz səviyyəsi yüksəlmişdir. “İstixana” effekti yaradan qazların mövcud səviyyəsini və davamlı emissiyalarını nəzərə alsaq, bu əsrin sonunadək qlobal temperaturun artımı 1850-1900-cü illərlə müqayisədə 1,5°C-i ötə bilər. 

Yuxarıda qeyd olunanları, xüsusilə son illərdə iqlim dəyişmələrinin kənd təsərrüfatında məhsuldarlığın səviyyəsinə təsir dərəcəsinin artmasını nəzərə alaraq 2020-ci ilin 29-30 aprel tarixlərində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Qlobal iqlim dəyişmələri şəraitində aqrar elmin qarşısında duran vəzifələr” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcəkdir

Konfransın məqsədi aparıcı alimləri, elm adamlarını bir yerə toplamaqla qlobal iqlim dəyişmələri şəraitində aqrar elmin qarşısında duran vəzifələri müzakirə etmək, bu istiqamətdə konkret təkliflər verməkdən ibarətdir.

 

Konfransın bölmələri:

  • İqlim dəyişmələri bəşəriyyətin ümumi problemi kimi: iqlim dəyişikliyi siyasəti və strategiyası
  • İqlim dəyişmələri və onların canlı aləmə təsiri: antropogen amillərlə bağlılıq
  • İqlim dəyişmələrinin biomüxtəlifliyə və iqtisadiyyata təsiri: təhlükələr və imkanlar
  • İqlim dəyişmələrinin təsirinin qiymətləndirilməsi: iqlim dəyişmələri şəraitində Davamlı İnkişaf
  • İqlim dəyişmələrinin təsirinin azaldılması (mitiqasiya) və uyğunlaşma (adaptasiya) tədbirləri
  • İqlim dəyişmələri şəraitində heyvandarlıq sənayesi tullantılarının idarə olunması
  • İqlim dəyişmələri üzrə milli səviyyədə fəaliyyətlər: Azərbaycanda ekoloji vəziyyət

 

Konfransın dili:                                                                  Azərbaycan, rus və ingilis

Konfransın keçirilmə tarixi:                                               29-30 aprel 2020-ci il.

Məqalələrin göndərilməsi üçün son tarix:                           1 aprel 2020-ci il.

Məqalələrin qəbul edilməsinə dair bildirişin son tarixi:     10 aprel 2020-ci il.

Məqalələrin  tərtib olunmasına dair tələblər:

  • Məruzə mətnləri konfransın bölmələrinə uyğun tərtib edilməklə, Azərbaycan dilində (çap və elektron variantda) qəbul olunur;
  • Məruzə mətnləri 5 səhifəyədək, kompyuterdə MS Word formatında, Times New Roman şriftlə (hərflərin ölçüsü - 12 pt., interval - 1, abzas - 1.25), sətirdən-sətirə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan - 30 mm, sağdan, yuxarı və aşağıdan - 20 mm olmaqla, A4 formatlı standart kağızda çap olunmalıdır;
  • Məruzənin adı qalın, böyük hərflərlə (12 pt., interval - 1) səhifənin mərkəzində, növbəti sətirlərdə bir interval buraxmaqla məruzəçinin adı, atasının adı və soyadı adi kiçik hərflərlə, təşkilatın adı, şəhər, müəllifin elektron poçt ünvanı, mobil telefon nömrəsi, abzasdan, kursivlə kiçik hərflərlə ingilis dilində xülasə, 5-10 açar sözlər yazılmalıdır (10 pt., interval - 1).
  • Məruzədəki istinadlar nömrə və səhifəsi ilə birlikdə mətndə kvadrat mötərizədə [4, s. 213] verilməlidir. İstifadə olunmuş ədə­biyyatların siyahısı mətnin sonunda əlifba sırası ilə AAK-ın tələblərinə uyğun göstərilməlidir.

Ünvan: AZ 2000, Azərbaycan Respublikası, Gəncə şəhəri, Atatürk prospekti 450, Azərbaycan Dövlət Aqrar Universiteti, İnzibati bina, Elm şöbəsi, otaq 17.

Tel: (+99422) 266 23 85; 266 57 33

E-mail: asau.science@gmail.com

www.adau.edu.az