Aqrar Universitetin tələbələri praktiki dərsdə iştirak ediblər

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin 2-ci kurs tələbələri universitetin təcrübə sahəsində açıq səma altında praktik dərsdə iştirak etmişdirlər. Onlar ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müəllimləri tərəfindən aparılan tədqiqat işlərində yaxından iştirak edirlər. Bu gün tələbələr müxtəlif preparatlarla dərmanlanmış toxumların müqayisəli təhlilini öyrənmək məqsədilə qarğıdalı səpinində iştirak etmişdirlər. Burada "ADAU-80" qarğıdalı sortu səpilmişdir. Həmçinin, bəzi torpağın bioloji fəallığını artırmaq və mikrobioloji prosesləri yaxşılaşdırmaq məqsədilə təcrübə-sınaq üçün səpindən sonra bəzi cərgələrə biopreparatlar da çilənmişdir.