DOKTORANTIMIZ VARŞAVADA "AZƏRBAYCAN-POLŞA GƏNC ALİMLƏRİNİN 1-Cİ ELMİ KONFRANSI"NI TƏŞKİL EDİB.

Universitetimizin doktorantı, aqrar siyasət və dünya iqtisadiyyatı kafedrasının müəllimi Raqif Hüseynov Varşavada Azərbaycan-Polşa Gənc Alimlərinin 1-ci Elmi Konfransını təşkil edib. Konfransda Azərbaycan xalqının tarixi, mədəniyyəti, ölkəmizin sosial-iqtisadi inkişafı barədə maraqlı məruzələr dinlənilib.

Gənc alim Raqif Hüseynov konfrans iştirakçılarını salamlayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında öz intibah dövrünü yaşayan ölkəmizin iqtisadiyyatını, sənayesini, mədəniyyət və incəsənətini eyni zamanda tarixi adət-ənənələrini özündə əks etdirən film nümayiş etdirib.  Film konfrans iştirakçıları tərəfindən alqışla qarşılanıb. Daha sonra tədbiri professor Henrik Runovski öz çıxışı ilə davam etdirərək Azərbaycan-Polşa Gənc Alimlərinin Elmi Konfransını təşkil etdiyinə görə gənc alim Raqif Hüseynova öz təşəkkürünü bildirib.

Xatırladaq ki, Raqif Hüseynov Azərbaycan Dövlət Aqrar Universiteti ilə Varşava Təbiət Elmləri Akademiyası arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində qeyd olunan universitetdə doktoranturada təhsilini davam etdirir.

Video material