Aqrar Universitetdə online mühazirələr başlayıb

Azərbaycan Dövlət Aqrar Universitetinin Moskva Dövlət Yerquruluşu Universiteti ilə imzaladığı müqaviləyə əsasən Aqrotexnologiya fakültəsində Rusiya, Azərbaycan, Ukrayna, Moldoviya, Belarusiya, Tacikistan, Qırğızıstan və başqa MDB dövlətlərinin universitetlərinin  iştirakı ilə Online-Yerquruluşu və kadastr işlərinin yerinə yetirilmə səviyyəsinin yüksəldilməsi yolları istiqamətində  mühazirələrə başlanılıb.

5 gün davam edəcək online mühazirələrdə yerqurluşu, torpaq kadastr işlərinin müasir vəziyyəti və gələcək inkişaf yolları, torpaq islahatı, onun üstünlükləri  və yaranan problemlər, torpaqdan istifadənin müasir metodlarla monitorinqi və kadastr bankının yaradılması, kadastr mütəxəssislərinin yetişdirilməsi işlərinin təşkili, daşınmaz əmlakların qeydiyyatı və reystr xidmətinin təşkili, Yerquruluşu və kadastr istiqamətində aparılan elmi-tədqiqat işlərinin müqayisəli təhlili,Coğrafi İnformasiya Sistemləri (CİS) əsasında müasir metodlarla qrafiki materialların hazırlanması və məlumat bazasının yaradılması məsələrindən danışılacaq, qarşılıqlı tədris təcrübələri öyrəniləcək.