MULTİKULTURALİZMİN AZƏRBAYCAN MODELİ 

Azərbaycan Dövlət Aqrar Universitetin Mühəndislik fakültəsində “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib. 
Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə kafedranın müdiri, dosent Azad Bayramov çıxış edib və deyib ki, Azərbaycan multikulturalizminin əsasını azərbaycançılıq idealogiyası təşkil edir və multikulturalizm siyasəti dövlət siyasəti kimi insanların həyat tərzinə çevrilib. Ümummilli lider Heydər Əliyevin gərgin zəhməti bahasına insanların və xalqların hüquqlarını qorumaq üçün bir çox beynəlxalq konvensiyalara qoşulma əslində Azərbaycanda multikulturalizmin və tolerantlığın inkişaf etməsinə böyük şərait yaratdı. Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən birinin də multikulturalizm və tolerant dəyərləri qorumağa və inkişaf etdirməyə yönəldilməsi bizim bir xalq olaraq dəyərlərə verdiyiyimiz qiymətdir və bunların hüquqi normalara əsaslanmasıdır.
Kafedranın baş müəllimi A. Axundov, müəllimlərdən Z. Qəhrəmanova, S. Qasımova çıxış edərək Azərbaycanda yaşayan xalqların tarixən sülh, dostluq şəraitində yaşaması və sabitlik məkanı olan ölkəmizin dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanındığını xüsusilə qeyd etdilər. 
Tədbirdə müəllimləri və tələbələri maraqlandıran suallara cavablandırılıb və mövzu tələbələr tərəfindən maraqla dinlənilib.