Mühəndislik fakültəsinin 38 tələbəsinə sürücülük sertifikatları verilib

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin “Mühəndislik” fakültəsinin nəzdində olan sürücülük kursunun 60 tələbəsindən 38-i qiymətləndirmə yolu ilə sertifikat alıb. Bu kurslar xeyli vaxtdır fəaliyyət göstərir və “T”, “TK”, “TT”, “H” kateqoriyaları üzrə traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələri alamağa imkah yaradır. Bu kursu müvəffəqiyyətlə bitirən tələbələr  test üsulu ilə imtahan verib və sürücülük vəsiqəsi əldə eə bilirlər. Sürücülük kursunun rəhbəri Saləddin Hüseynov deyib ki, kursda nəzəri və texniki proqramlar öyrədilir və tələbələr kursu bitirmə sertifikatı əldə etdikdən sonar imtahana buraxılırlar. Ötən ilin noyabr ayının 6-dan başlayan kurs bu ilin yanvar ayının 6- da başa çatıb. Yanvarın 15-də  qiymətləndirmə olub, bu gün isə qiymətləndirmədə yüksək nəticə göstərən 38 tələbəyə sertifikat verilib.