“Müasir dövrdə bank sektorunda marketinq və PR-ın rolu” mövzusunda təlim keçirilib

 Azər Türk Bank Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetin maliyyə-iqtisad yönümlü fakültələrində təhsil alan tələbələr və məzunlar üçün  təlim keçib.

Tədbiri təhsil müəssisəsin rektoru, AMEA-nın müxbir üzvü, professor  İbrahim Cəfərov açıb, Azər Türk Bankın bu təşəbbüsünü alqışlayıb. Keçirilən təlimdə bankın rəhbər işçiləri “Vaxtın səmərəli idarə edilməsi” və “Müasir dövrdə bank sektorunda marketinq və PR-ın rolu” mövzularında ­­­çıxış ediblər. Əsas məqsəd regionlardakı gənclərin maarfiləndirilməsi, eyni zamanda gələcəkdə bank sahəsində çalışacaq kadrların hazırlığına dəstəkdir.

Təlimin sonunda iştirakçılara sertifikatlar verilib, fəallığı ilə seçilən on tələbəyə  Azər Türk Bank adından korporativ hədiyyələr təqdim edilib, iki tələbə isə Bankın Gəncə filialında 1 ay müddətində təcrübə keçmək imkanı qazanıb.