Moskva Dövlət Aqrar Universitetinin  professoru  mühazirə söyləyib

Azərbaycan Dövlət Aqrar Universitetinin beynəlxalq əlaqələri yüksəlməkdə davam edir. Artıq dünyanın ən aparıcı universitetlərindən ADAU-ya mühazirə söyləmək üçün elm adamları gəlir, tələbələr qarşısında ən maraqlı mühazirələr söyləyir və bu yolla tədrisin daha yüksək səviyyəyə çıxmasına təkan verirlər.

Bu günlərdə isə  Rusiya Federasiyasının K.A.Timiryazev adına Moskva Dövlət Aqrar Universitetinin  Bitki mühafizəsi kafedrasının müdiri, professor, ADAU-nun Fəxri doktoru Fevzi Cəlilov Aqronomluq fakültəsinin tələbələri ilə görüşüb, onlara bitki mühafizəsinin müasir problemlərinə dair mühazirə söyləyib.

Mühazirə maraqla dinlənilib və qarşılıqlı dioloq formasında yekunlaşıb, tələbələr tərəfindən səslənən suallar dolğun və elmi əsaslarda cavablandırılıb.