“Magistrantların Respublika Elmi Konfransı”

Sizi Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə keçirilən “Magistrantların Respublika Elmi Konfransında iştirak etməyə dəvət edirik.   

Konfransın məqsədi: Respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan magistrantların apardıqları elmi-tədqiqat işlərinin metodikalarının, nəticələrinin müzakirəsini təşkil etməklə iştirakçılar arasında fikir mübadiləsini həyata keçirmək və eyni zamanda mühüm elmi nəticələrin elmi sferada paylaşmaqdan ibarətdir.  

Konfransın bölmələri:

  1. İqtisadiyyat və idarəetmə
  2. Kimya, biologiya və tibb elmləri
  3. Humanitar və sosial elmlər
  4. Fizika, riyaziyyat, mexanika
  5. Ətraf mühütin mühafizəsi, ekologiya və meşəçilik
  6. Baytarlıq  və zootexniklik
  7. Aqronomluq, torpaqşünaslıq və aqrokimya
  8. Yerquruluşu, torpaq  və şəhər kadastrı, meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
  9. Elektrik, nəqliyyat vasitələri, informasiya texnologiyaları və sistemləri mühəndisliyi
  10. Aqromühəndislik, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi
  11. Qida məhsulları mühəndisliyi, istehlak mallarının  ekspertizası və marketinqi

 

Konfransın dili: Azərbaycan

Konfransın keçirilmə tarixi:                                 28 fevral 2020-ci il.

Məqalələrin göndərilməsi üçün son tarix:          20 fevral 2020-ci il.

 

Məruzə mətnlərinin tərtib olunma qaydaları:

Məruzə mətnləri konfransın bölmələrinə uyğun tərtib edilməklə, Azərbaycan dilində (çap və elektron variantda) qəbul olunur;

Məruzə mətnləri 5 səhifə həcmində, kompyuterdə MS Word formatında, Times New Roman şriftlə (hərflərin ölçüsü - 12 pt., interval - 1, abzas - 1.25), sətirdən-sətirə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan - 30 mm, sağdan, yuxarı və aşağıdan - 20 mm olmaqla, A4 formatlı standart kağızda çap olunmalıdır;

Məruzənin adı qalın, böyük hərflərlə (12 pt., interval - 1) səhifənin mərkəzində, növbəti sətirlərdə bir interval buraxmaqla məruzəçinin adı, atasının adı və soyadı adi kiçik hərflərlə, təşkilatın adı, şəhər, müəllifin elektron poçt ünvanı, abzasdan, kursivli kiçik hərflərlə ingilis dilində xülasə, 5-6 açar sözlər yazılmalıdır (10 pt., interval - 1).

Məruzədəki istinadlar nömrə və səhifəsi ilə birlikdə mətndə kvadrat mötərizədə [4, s. 213] verilməlidir. İstifadə olunmuş ədə­biyyatların siyahısı mətnin sonunda əlifba sırası ilə AAK-ın tələblərinə uyğun göstərilməlidir.

 

Ünvan: AZ 2000, Azərbaycan Respublikası, Gəncə şəhəri, Atatürk prospekti 450, Azərbaycan Dövlət Aqrar Universiteti, İnzibati bina, Elm şöbəsi, otaq 17.

Tel: (+99422) 266 23 85; 256 57 33

E-mail: elm.sh.adau@gmail.com

Web: www.adau.edu.az