Aqrar Universitetin mütəxəssisi Koreyada təlimdə iştirak edir

    Bu günlərdə ADAU-nun mühəndislik fakültəsinin kənd təsərrüfatı texnikası kafedrasının dosent əvəzi Urfan Tağıyev Koreya Beynəlxalq Əmakdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Respublikasındakı Nümayandəliyi tərəfindən  15 may - 4 iyun  2016-cı il tarixlərində Koreyada təşkil edilmiş "Eko-dost Kənd Təsərrüfatı Texnikasının Təkmilləşdirilməsi" mövzusunda təlim proqramında iştirak edir.

    Qeyd edək ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) təqaüd proqramları əməkdaş ölkələrin insan resurslarının inkişafına  dəstək göstərir, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı bilik fərqinin azaldılması üçün  mühüm rol oynayır. Bu proqramın davamlı inkişaf üçün əsas texniki bacarıqların  və biliklərin  bölüşdürülməsi, həmçinin potensialın  yaradılmasında iştirakı diqqətəlayiqdir.