MACARISTANIN KAPOŞVAR UNİVERSİTETİ İLƏ AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ ARASINDA OLAN ƏMƏKDAŞLIĞA ƏSASƏN TƏLƏBƏLƏRİN SEÇİMİ PROSESİNƏ BAŞLANILIB

Azərbaycan Dövlət Aqrar Universitetinin Macarıstanın Kapoşvar universiteti ilə mövcud olan əməkdaşlığı çərçivəsində ADAU–nun iqtisadiyyat fakültəsinin bakalavr sonuncu kurs və magistr tələbələrinin Kapoşvar universitetində magistr və doktorantura pillələrində təqaüdlü təhsil almaları üçün skype vasitəsilə ingilis dilinin qiymətləndirilməsi həyata keçirilmişdir. Müsahibədə magistr və doktorantura pilləsi üçün 12 tələbə iştirak etmişdir. Müsahibənin nəticələri sabah açıqlanacaq və seçilmiş tələbələr təqaüd proqramında iştirak edəcəklər.