Azərbaycan Dövlət Aqrar Universitetinin ingilis dili müəllimləri seminar keçiriblər

3 may 2016-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin ingilis dili müəllimləri “Yaradıcılıq – ingilis dili müəllimi üçün vacib bacarıq” adlı seminar keçiriblər. Seminarda onlar ingilis dili dərslərində yaradıcılıq və ingilis dili müəlliminin keyfiyyətləri haqqında öz fikirlərini bölüşüblər. Tədbir zamanı həmçinin müəllimlər bəzi fəaliyyət növlərinə nəzər salmış və onlardan dərs zamanı necə istifadə edilməsini müzakirə etmişlər. Seminara Skype vasitəsi ilə həmçinin Hindistandan olan və hal hazırda Sudanda Kembric Beynəlxalq İmtahanı üzrə dərs keçən müəllim də qoşulmuş və öz fikirlərini bölüşmüşdür.