ADAU-da ingilis dili müəllimləri klubunun növbəti seminarı keçirilib

2016-cı il iyunun 29-u, Azərbaycan Dövlət Aqrar Universitetində  “İngilis dili Müəllimləri” klubunun “İngilis dili tədrisində proqramlar” mövzusunda seminarı keçirilib. Seminarda ingilis dilinin tədrisi prosesində müvafiq proqramlardan istifadə, onların dərsin keyfiyyəti və tələbələrin motivasiyasına verdiyi təsir ətrafında fikir mübadiləsi aparılıb və effektiv proqramlar haqqında məlumatlar paylaşılıb.