"Azərbaycan Dövlət Aqrar Universiteti ilə Hollandiyanının “PETC+” tədris mərkəzi arasında anlaşma Memorandumu imzalanıb"

       May ayının 19-da 22-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2016" və 10-cu Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2016” sərgilərinin rəsmi açılış mərasimi keçirilib. Sərginin açılışında ABŞ, və sıra ölkələrin səfirləri, Belarus Respublikasının Baş nazirinin müavini, Gürcüstan Respublikasının kənd təsərrüfatı naziri iştirak ediblər.

       Açılış mərasimində çıxış edən nazir Heydər Əsədov bütün iştirakçıları salamlayıb və sərginin açılışı münasibəti təbriklərini çatdırıb.

       Sərgi beynəlxalq şirkətlərin məhsullarının nümayişi ilə davam etdirilib.

      Sərgi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov Hollandiyanın “PETC+” tədris mərkəzi ilə anlaşma memorandumu imzalayıb.

Memoranduma əsasən hər iki təhsil müəssisəsi arasında qarşılıqlı razılaşma əsasında informasiya mübadiləsi, təcrübə səfərlərinin təşkili və fermerlərin maarifləndirilməsi istiqamətində birgə proqramların həyata keçirilməsi nəzərdə tutulub.