“Heydər Əliyev və yol-nəqliyyat infrastrukturunun inkişafı” mövzusunda seminar keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) mühəndislik fakültəsi “yerüstü nəqliyyat vasitələri və texniki servis” kafedrasının tələbə elmi dərnəyinin Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan “Heydər Əliyev və yol-nəqliyyat infrastrukturunun inkişafı” mövzusunda seminarı keçirilib. Seminarda Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında Ümumilli lider Heydər Əliyevin misilsiz rolundan danışılaraq, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəqliyyat layihələri, onların ölkənin iqtisadi və siyasi qüdrətinin artmasında rolu barədə danışılıb. Seminarda “yerüstü nəqliyyat vasitələri mühəndisliyi” ixtisasının 3-cü kurs bakalavr tələbələri Təbriz Rzayev və Zakir Atakişiyev, 2-ci kurs tələbəsi Afət Əliyeva, “aqromühəndislik” ixtisası üzrə 3-cü kurs tələbələri Hilal Quliyev, Ülvi Ələsgərzadə, Rüstəm Zagirov və Orxan Babayev,  “yol hərəkətinin təşkili və təhlükəsizliyi” ixtisaslaşması üzrə 1-ci kurs magistrant İsmayıl Quliyev, “aqrar istehsalatın texniki təminatı” ixtisaslaşması üzrə 1-ci kurs magistrant Aynur Babayeva maraqlı məruzələrlə çıxış ediblər.

Çıxışların sonunda yol-nəqliyyat infrastrukturunun inkişafı perspektivləri, universitetdə müvafiq sahə üzrə kadr hazırlığının təkmilləşdirilməsi məsələləri müzakirə olunub.