TORPAQŞÜNASLIQ VƏ AQROKİMYA KAFEDRASININ ƏMƏKDAŞLARI GORANBOY RAYONUNDA TORPAQ NÜMUNƏLƏRİ GÖTÜRÜBLƏR

                                                 

ADAU-nun " Torpaqşünaslıq və aqrokimya " kafedrasının əməkdaşları Goranboy rayonuna ekspedisiya təşkil edərək, apardıqları elmi–tədqiqat  işinin proqramına uyğun müxtəlif ərazilərdən torpaq nümunələri götürüblər. Nümunələr təbii torpaq kəsiminin 1 metrlik qatından və taxılaltı əkinlərin qatından “bur” vasitəsilə götürülmüşdür. Torpaq nümunələri kafedranın laboratoriyasında təhlil edildikdən sonra fermerlərə müvafiq tövsiyyələr veriləcəkdir. 

Kafedra belə ekskursiyaların mütəmadi olaraq təşkil edilməsini planlaşdırmışdır.