“Gilan Holding” eksperimental tədris qrupunun tələbələri pambıq sahəsində olub

ADAU-nun aqronomluq fakültəsinin nəzdində “Gilan Holding”-in dəstəyi ilə yaradılmış eksperimental tədris qrupunun üzvləri 25-26 noyabr 2017-ci il tarixində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində yerləşən “Gilan Holding”şirkətinə məxsus MKT–nın pambıq sahəsində təcrübədə iştirak etmişlər. Şirkətin kənd təsərrüfatı üzrə təlim və inkişaf mərkəzinin nümayəndəsi Teymur Tağıyev və Fəqan Ağayevin iştirakı ilə keçirilən təcrübədə ADAU-nun dosenti Xalıq Xəlilov pambıq haqqında geniş məlumat verərək onun becərilmə texnologiyasından və xarici mühit amillərinin pambıq bitkisinə təsiri haqqında tələbələrə ətraflı məlumat vermiş, iştirakçıların suallarını cavablandırmışdır. Qrupun üzvləri pambıqçılıq sistemində tətbiq olunan mütərəqqi texnologiya ilə yaxından taniş olaraq maşınla (John Deere) yığım prosesini müşahidə etmişlər. Bunlarla yanaşı qrup üzvləri İnnovasiya mərkəzində olan yeniliklər haqqında məlumatlandırılmışdır.