FAO-nun eksperti ADAU-da olub

FAO-nun dəyər zənciri üzrə beynəlxalq eksperti xanım Mita Puncabi 17-25 iyun tarixində Bakıda və regionlarda bir neçə maraqlı tərəflərlə görüş keçirməkdədir. Bu görüşlər çərçivəsində xanım Mita Puncabi Azərbaycan Dövlət Aqrar Universitetində də olub.

Universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmov beynəlxalq ekspertə universitetin maddi-texniki bazası, fakültələri və tədris-təcrübə təsərrüfatı haqqında geniş məlumat verib.

Görüşdən məmnunluğunu qeyd edən xanım Mita Puncabi qoyunçuluğun hazırki vəziyyəti və gələcək strateji planlar haqqında fikirlərinin söylüyüb.

Qeyd edək ki, FAO-nun Kənd Təsərrüfatı Nazirliyi ilə birgə həyata keçirdiyi Qoyunçuluğun dəyər zənciri üzrə inkişafı layihəsi çərçivəsində hal-hazırda Azərbaycanda qoyunçuluğun hazırkı vəziyyətini öyrənmək üçün xanım Mita Puncabi təhlil aparır və bunun nəticəsində bu sahənin inkişafı üçün yekun yol xəritəsi hazırlanıb və Nazirliyə təqdim olunacaqdır.