FAO əməkdaşları ADAU-da olub

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO)  bir qrup əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib. Səfərin məqsədi arıçılığın inkişafı ilə əlaqədar universitetdə layihələrin həyata keçirilməsi imkanlarını araşdırmaq, bu istiqamətdə görülmüş işlərlə yaxından tanış olmaq olub.  ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşdə mövcud əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb. Universitetin maddi-texniki bazası ilə yaxından tanış olan qonaqlar son illərdə görülmüş işləri çox yüksək qiymətləndirərək müvafiq sahələr üzrə əməkdaşlığa  hazır olduqlarını bildiriblər.