Ekologiya ixtisasının tələbələri Det.Al Alüminium Kompleksində olublar

16 dekabr 2016-cı il tarixində aqronomluq fakültəsinin “ekologiya” ixtisasının IV kurs  tələbələri  “Sənaye istehsalının əsasları”  fənni üzrə praktik bilik və bacarıqlarının arıtırılması məqsədilə “DET-AL” Alüminium kompleksində olublar. Tələbələr kompleksdə müasir histutucu qurğu, saf  alüminiumdan rulon  halına  qədər  alınma prosesini, alüminiumun keyfiyyət göstəricilərini  müşahidə edərək,  zərərli maddələrin ətraf mühitə vurduğu ziyanlar,  alınan məhsulların Tükiyə, Rusiya, Fransa və digər ölkələrə ixracının  həyata keçirilməsi  barədə məlumatlandırılıblar.