Dağıstan Dövlət Texniki Universitetinin əməkdaşları ADAU-da olublar

Dağıstan Dövlət Texniki Universitetinin iqtisadiyyat üzrə prorektoru, dosent Nurmaqomed Surakatov və fakültə dekanı Nazim Balamirzoyev ADAU-da olublar. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovla görüşən qonaqlar universitetlərarası əlaqələrin genişləndirilməsi, müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi, birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi məsələlərini müzakirə ediblər. Universitetin maddi-texniki bazası, tədris prosesi ilə yaxından tanış olan qonaqlar əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyini yaradılmış şəraitdən məmnunluqlarını bildiriblər.