Beynəlxalq Gəncə Şərab Festivalı çərçivəsində ADAU-da “Salxım” dequstasiya müsabiqəsi keçirilib

2016-cı il dekabrın 18-də 4-cü Beynəlxalq Gəncə Şərab Festivalı çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasında professor Hasil Fətəliyevin sədrliyi ilə 11 “Salxım” dequstasiya müsabiqəsi keçirilib. Rəsmi təşkilatçısı Gəncə Şəhəri İcra Hakimiyyəti, rəsmi dəstək  Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat  Nazirliyi,  Mədəniyyət və Turizm Nazirliyi olmaqla, müsabiqədə Az-Granata MMC, Gəncə Şərab-2,  Abşeron Şərab ASC, Şərq Ulduzu MMC, ASPİ Wineru&Vineyar, Aqro İnvest, Göygöl Şərab ASC, Elmi-Tədqiqat və Şərabçılıq İnstitutu Gəncə Təcrübə Stansiyası, Şəki Şərab Zavodunun şərabçı mütəxəssisləri iştirak etmişlər. Dequstatorlar arasında zəngin təcrübəyə malik, uzun illər elmi müəssisə və istehsalatda çalışmış mütəxəssislər vardır. Onlardan Kənd Təsərrüfatı Nazirliyi Mərkəzi Dequstasiya Komissiyasının sədri Ramiz Qəhrəmanov, Azərbaycan Texnologiya Universitetinin professoru Əhəd Nəbiyev, Gəncə Şərab-2 ASC-nin baş şərabçısı Elbrus Əhmədov, ADAU-nun professoru Firuddin Cəfərov, İtaliyalı şərabçı Daniel Andrea, Moldovalı şərabçı Nikolay Unqiryanu və başqalarını qeyd etmək olar.