“Azərbaycanda qoyunçuluğun intensiv inkişafı” mövzusunda elmi-praktik konfrans

Sizi Azərbaycan Dövlət Aqrar Universitetinin və Heyvandarlıq Elmi Tədqiqat İnstitununun birgə təşkilatçılığı ilə “Azərbaycanda qoyunçuluğun intensiv inkişafı” mövzusunda elmi-praktik konfransda iştirak etməyə dəvət edirik!

 

Konfransın məqsədi:

Ölkədə yeni təsərrüfatçılıq modellərinin tətbiqi ilə heyvanların cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi, heyvandarlıq məhsulları istehsalının müasir tələblər səviyyəsində qurulması və emal sənayesinin davamlı inkişaf etdirilməsi, ölkə əhalisinin heyvan mənşəli məhsullara tələbatının əsasən yerli məhsullar hesabına ödənilməsi, heyvandarlıq müəssisələrinin yem təminatının gücləndirilməsi, örüş-otlaq sahələrinin münbitliyinin artırılması və onlardan səmərəli istifadənin təmin edilməsi məqsədi ilə konfransın keçirilməsi nəzərdə tutulmuşdur. Konfransın gedişindəxırdabuynuzlu heyvandarlığın inkişaf etdirilməsi, ekstensiv təsərrüfatlardan intensiv təsərrüfatlara keçirilməsi, ölkənin süd və ət təminatının yaxşılaşdırılması üçün emal müəssisələrinin yaradılması; qoyunçuluqda mövcud olan xəstəliklər, onlarla mübarizə tədbirləri, yemləndirilmə və bəslənmə, eləcə də innovasiyalardan istifadə, məhsul istehsalının və damazlıq işinin təşkili, süni mayalanmanın, süngərləmənin və embrion köçürmə üsullarının qoyunçuluqda tətbiqi kimi məsələlər geniş müzakirə ediləcək və fermerlərə çatdırılacaqdır.

 

Konfransın bölmələri:
Qoyunçuluqda mövcud olan xəstəliklər və onlarla mübarizə tədbirləri

İntensiv qoyunçuluqda yemləmə texnologiyası; qoyunların bəslənməsində innovativ yanaşma
Qoyunçuluq məhsullarının istehsalı texnologiyası
İntensiv qoyunçuluğun iqtisadi əsaslandırılması
Qoyunçuluqda damazlıq işinin təşkili

 

Konfransın dili:                                                                    Azərbaycan

Konfransın keçirilmə tarixi:                                                30 aprel 2020-ci il.

Məqalələrin göndərilməsi üçün son tarix:                           17 aprel 2020-ci il.

Məqalələrin qəbul edilməsinə dair bildirişin son tarixi:        22 aprel 2020-ci il.


Konfransda elmi məruzələrlə iştirak etmək arzusunda olanlar üçün məqalələrin tərtibinə aşağıdakı tələblər qoyulur:

  • Məruzə mətnləri konfransın bölmələrinə uyğun tərtib edilməklə, çap və elektron variantda qəbul olunur.
  • Məruzə mətnləri 5 səhifəyədək, kompyuterdə MS Word formatında, Times New Roman şriftlə (hərflərin ölçüsü - 12 pt., interval - 1, abzas - 1.25), sətirdən-sətirə keçirilmədən yığılmalı, boş sahələrin ölçüləri soldan - 30 mm, sağdan, yuxarıvəaşağıdan - 20 mm olmaqla, A4 formatlı standart kağızda çap olunmalıdır.
  • Məruzənin adı qalın, böyük hərflərlə (12 pt., interval - 1) səhifənin mərkəzində, növbəti sətirlərdə bir interval buraxmaqla müəllifin adı, atasının adı və soyadı, elmi dərəcəsi, vəzifəsi, işyeri, elektron ünvanı və əlaqə nömrəsi bildirilməlidir.
  • Məqalənin sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məqalələrə ingilis və rus dillərində, rus dilində yazılmış məqalələrə Azərbaycan və ingilis dillərində, ingilis dilində yazılmış məqalələrə isə Azərbaycan və rus dillərində) xülasə və açar sözlər (hər üç dildə) verilməlidir.
  • Məruzədəki istinadlar nömrə və səhifəsi ilə birlikdə mətndə kvadrat mötərizədə [4, s. 213] verilməlidir. İstifadə olunmuş ədə­biyyatların siyahısı mətnin sonunda əlifba sırası ilə AAK-ın tələblərinə uyğun göstərilməlidir.
  • Qoyulan tələblərə cavab verməyən məqalələr qəbul olunmayacaqdır.

    Ünvan:
    AZ 2000, Azərbaycan Respublikası, Gəncə şəhəri, Atatürk prospekti 450,
    Azərbaycan Dövlət Aqrar Universiteti, İnzibati bina, Elm şöbəsi, otaq 17.

Tel: (+99422) 266 23 85; 266 57 33

E-mail:elm.sh.adau@gmail.com

www.adau.edu.az